Şirvanda narkotik vasitələr satanlar saxlanıldı
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər zamanı əvvəllər məhkum olunmuş Zaur Əmənov və Qurban Dəmirov saxlanılıblar.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, həmin şəxslərdən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.
Bundan əlavə, Q.Dəmirovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində sonuncunun bir neçə il əvvəl şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Baxış sayı:67
Bu xəbər 21 İyun 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















