Icma.az
close
up
RU
Şirvanda qonşular arasında qanlı cinayət Xəsarət alan var

Şirvanda qonşular arasında qanlı cinayət Xəsarət alan var

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şirvan şəhərində 1989-cu il təvəllüdlü Tural şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Telmana xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 20 oktyabr 2022-ci ildə, saat 15:30-da Şirvan şəhəri, Naxçıvan küçəsində baş verib. 
Tural əvvəldən tanıdığı qonşuluğunda yaşayan Telman ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun ona qarşı nalayiq ifadələr işlətməsindən hiddətlənib, baş və yumruğu ilə onun baş və sifət nahiyyəsinə çoxsaylı zərbələr endiib. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Telman onunla qonşuluqda yaşayır: “Telmanla əvvəllər də münasibətlərimiz pis olub. 20 oktyabr 2022-ci ildə, təxminən saat 15 radələrində gələn maşını qarşılamaq üçün yaşadığım evdən çıxdım. Küçədə Telmanla qarşılaşdıq. Telman məni görəndə dilinin altında nə isə deyərək deyindi. Sonra da mənə yaxınlaşarkən “var yoxuma” söydü. Mən də əvvəlcə əlimdə olan telefonu Telmana atdım. Sonra da mənim üz nahiyyəmdən kəlləsi ilə vurdu. Həmin vaxt atam Rahil idarə etdiyi avtomobillə oraya gələrək bizi ayırmaq istəyərkən Telman atama təpik atdı. Həmin vaxt Telman mənə şərəfsiz deyərək əlində olan çanta ilə məni vurdu. Mən də təpiklə Telmanı vurdum. Telmanın üzü qan içində olduğundan əynimdəki maykanı çıxararaq Telmanın üzünə basdım. Sonra da mən atam ilə avtomobilə minərək oradan getdik”.
Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərib ki, Telmanla əvvəllər aralarında kiminsə avtomobilinin qonşunun həyətində saxlaması ilə əlaqədar mübahisələri olmayıb: “Lakin bir dəfə mən hüzr məclisi üçün Telmandan qab-qacaq istədim. Telman isə qab-qacaq vermədiyinə görə aramızda narazılıq yaranmışdı. Hadisə vaxtı Telmana xəsarətləri mən yetirmişəm. Telmanı vurduğuma görə peşmanam. Lakin ona ağır xəsarət yetirməmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Telmanın sözlərinə görə, əvvəllər Tural ona Səkinə adlı qadının həyətində avtomobilin niyə dayandığını soruşub: “Mən də kim-kimə qonaq gəlməsi barədə heç nə deyə bilmədiyimi dedim. Sonra da Tural xeyir şər etmək üçün dövlət və Şirvan icması tərəfindən verilən qab-qacaqdan istədi. Mən isə vermədiyimdən aramızda narazılıq yarandı. 20 oktyabr 2022-ci ildə, təxminən saat 15 radələrində işlədiyim idarədən yaşadığım evə gedərkən Tural məni saxladı, niyə onu söydüyümü dedi, mənimlə mübahisə etdi. Sonra da biz tutaşdıq. Tural başı ilə burun nahiyyəmə vurdu. Həmin vaxt Turalın atası Rahildə idarə etdiyi avtomobillə oraya gəldi. Avtomobillə məni divara sıxdı. Tural başı ilə, Rahil isə təpiklə məni döydülər. Sonra da məni ölmüş bilərək hadisə yerindən getdilər. Həmin vaxt mən huşumu itirdim. Ayılarkən tamamilə qan içərisində olduğumu gördüm. Çox çətinliklə duraraq evimə getdim. Orada arvadım Tamilla təcili yardım çağıraraq məni xəstəxanaya apardılar. Hadisə nəticəsində mənim burnum sındı, üzümdən xəsarətlər aldım. Mən Turala şərəfsiz deməmişəm, onu vurmamışam. Mənə xəsarətləri Tural yetirib”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Fevral 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri