Sisi: “Fələstin dövləti qurulmalıdır”
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi regionda dərinləşən siyasi və hərbi gərginlik fonunda ölkəsinin strateji mövqeyini əks etdirən mühüm bəyanatlarla çıxış edib.
“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı ərəb xalqlarının suverenliyinin, eləcə də Körfəz bölgəsinin təhlükəsizliyinin Misirin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsi olduğunu və qətiyyətlə müdafiə ediləcəyini vurğulayıb. Eyni zamanda, milli maraqların qorunmasına diqqət çəkən əs-Sisi Misirin Nil çayı ilə bağlı həyati əhəmiyyət kəsb edən su hüquqlarının heç bir halda pozulmasına icazə verilməyəcəyini bəyan edib.
Yaxın Şərqdə sülhün bərqərar olunması şərtlərinə toxunan Misir lideri müstəqil Fələstin dövlətinin kurulmasının vacibliyini bir daha diqqətə çatdırıb. Əbdülfəttah əs-Sisi Qəzzada hərbi əməliyyatların dayandırılması üçün ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi atəşkəs planının heç bir yayındırma olmadan, tam şəkildə həyata keçirilməsinin zəruri olduğunu xüsusi qeyd edib. Marqarita pizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 06 Oktyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















