Icma.az
close
up
RU
“Sistem bərbaddır, gecə 4 ə qədər növbədə dayanmışıq” Video

“Sistem bərbaddır, gecə 4 ə qədər növbədə dayanmışıq” Video

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda minik avtomobilləri ilə taksi fəaliyyətinə limit tətbiqi barədə qərardan sonra sürücülər Bakı Beynəlxalq Avtovağzalına axın ediblər. Bu isə buraxılış vərəqəsi almaq üçün texniki baxış müayinəsi zamanı avtovağzalda uzun növbələrin yaranması ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, sürücülər ATV-yə açıqlamalarında prosesin ləngliyi səbəbindən səhərə qədər növbədə gözləməklərinə baxmayaraq, xidmətdən yararlana bilmədiklərini deyiblər.

“Növbədə 500-600 nəfər adam var, gecə saat 4-5-in yarısına qədər gözləmişik. Günə 20 nəfər qeydiyyatdan keçir. Dekabrın 31-i də son gündür. Artıq 1 həftəyə yaxındır ki, hər gün gəlib-gedirəm”, - deyə vətəndaşlardan biri söyləyib.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, bura axın edən sürücülər texniki baxış müayinəsi üçün gələnlərdir: “Son həftə ərzində taksi minik avtomobillərində sərnişin daşınmalarına müvafiq icazələrin alınması üçün müraciətlərin sayında kəskin artım var. Prosedur qaydalar çərçivəsində gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri narkoloji test müayinəsidir. Bu müayinədən təkcə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində keçmək vacib deyil. Paytaxtda müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək mümkündür”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə qeyd edilib ki, texniki baxış müayinəsi yalnız avtovağzalla məhdudlaşmır: “Hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı adiyyəti üzrə qeydiyyatdan keçmiş texniki təmir sahələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər”.

Daha ətraflı videomaterialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri