Sistem nasazlığı səbəbindən Gürcüstanda bəzi elektron xidmətlər dayandırılıb AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 15 yanvar, AZƏRTAC
Gürcüstan Gəlirlər Xidmətinin ölkə ərazisində bir sıra elektron xidmətlərinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Buna sistemdə yaranmış nasazlıq səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Gəlirlər Xidməti məlumat yayıb. Gürcüstanın Gəlirlər Xidməti həm vergi xidmətini, həm də gömrük idarəsini birləşdirir.
"Daxili şəbəkədə sistem nasazlığı səbəbindən bütün ölkə ərazisində müəyyən növ elektron xidmətlərin göstərilməsi müvəqqəti dayandırılıb. Xidmətlərin vaxtında bərpa olunması üçün texniki işlər aparılır”, - deyə, xidmətin məlumatında deyilir.
Gəlirlər Xidməti kəskin zərurət yarandığı təqdirdə kömək üçün onlayn və ya telefonla məsləhətləşmələr təklif edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Yanvar 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















