“Siti” Rodrini müqaviləsini uzatmağa razı salmağa çalışır
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Mançester Siti”nin idman direktoru Uqo Viana, “Real Madrid”in marağı fonunda yarımmüdafiəçi Rodrini uzunmüddətli gələcəyini kluba həsr etməyə inandırmağa çalışır.
İdman.Biz bu barədə TEAMtalk-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, İngiltərə klubu baş məşqçi Xosep Qvardiolanın gələcəyindən asılı olmayaraq 29 yaşlı futbolçunun komandada qalmasını istəyir. Vurğulanır ki, bu yay Bernardo Silvanın gedişindən sonra Rodri yeni kapitan kimi nəzərdən keçirilir. Viana həmçinin ispaniyalı futbolçunu növbəti dövrdə “Mançester Siti”də əsas oyunçu ola biləcəyinə inandırmağa çalışır.
Bu mövsüm Rodri bütün yarışlarda 31 oyunda meydana çıxıb və iki qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 65 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 May 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















