Icma.az
close
up
RU
“Siti” “Yuventus”u “kötəklədi”

“Siti” “Yuventus”u “kötəklədi”

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yuventus”la “Siti”nin dueli tək bu qrupun yox, bütövlükdə qrup mərhələsinin ən səbirsizliklə gözlənilən oyunlarından biri idi.

"Football-plus.az" xəbər verir ki, hər iki komanda son tura 6 xalla daxil olmuşdu. Amma “Yuve” daha çox qol vurduğundan “Siti” yalnız qələbə təqdirində qrup lideri ola biləcəkdi. Belədə Qvardiolanın komandası pley-offda “Real”la dueldən də qurtulacaqdı.
Qəribədi ki, belə önəmli oyunda turinlilərin çalışdırıcısı İqor Tudor heyətdə rotasiya etmək qərarına gəlmişdi. İlk iki turda əla performans sərgiləyən və komandanı arxasınca daşıyan Kənan Yıldız, Konseysao, Kolo Muani kimi futbolçuların heç biri start heyətində yox idi. Yəni “Yuve”nin darmadağın olmasının bir səbəbi də məhz budu. Dokyu erkən qolla hesabı açandan sonra futbolsevərlər iki kuryoz qol izlədi.
Əvvəlcə Ederson rəqibə qol bağışladısa, çox keçmədən Kalulu yanında rəqibin heç bir oyunçusu olmadığı halda topu öz qapısına göndərdi. Holannın da meydana çıxması ilə “Siti” 2-ci hissənin gedişində hesabı 5:1-ə çatdırdı. Vlahoviç sonda qollardan birinin əvəzini çıxsa da, “Yuve” darmadağından qurtula bilmədi. İngiltərə nəhəngi həm qrupu zirvədə tamamladı, həm də bu rəqibdən qisasını aldı. Ön mövsüm Çempionlar Liqasının əsas mərhələsində “qoca sinyora” güclü rəqibi evdə iki cavabsız qolla məğlub etmişdi.
Yeri gəlmişkən, Holann peşəkar karyerasında yubiley – 300-cü qolunu vurdu. Onun bu qədər qolu 370 oyuna sığdırdığını nəzərə alsaq, Holann hələlik Ronaldo, Messi və Mbappe kimi “əjdahaları” da qabaqlayır. Belə ki, 300-cü qolu Ronaldo 554-cü oyunda, Messi 418-ci oyunda, Mbappe isə 409-cu oyunda vurub. Qrupun formal xarakter daşıyan digər oyununda “Əl-Əyn” qalib gəlməyi bacardı. Halbuki mərakeşlilər favorit sayılırdı. Çox güman, növbəti KDÇ-yə qədər biz bir daha bu klubların adını eşitməyəcəyik...
G qrupu, 3-cü tur
Yuventus – Mançester Siti 2:5 (1:2)

Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kosta (Kambiaso, 57), Kalulu, Savona (Qatti, 60), Kelli, Kostiç, Lokatelli (K.Türam, 57), Makkenni (Aciç, 83), Qonsales, Koopmayners (Kənan Yıldız, 57), Vlahoviç.
Mançester Siti (İngiltərə): Ederson, Nunyeş, Diaş, Akanci, Ayt-Nuri (Şerki, 75), Rodri (İlkay Gündoğan, 66), Reynders, B.Silva (O'Rayli, 75), Savinyo, Dokyu (Foden, 66), Marmuş (Holann, 46).
Qollar: Dokyu, 9 (0:1). Koopmayners, 11 (1:1). Kalulu, 26-öz qapısına (1:2). Holann, 52 (1:3). Foden, 69 (1:4). Savinyo, 75 (1:5). Vlahoviç, 84 (2:5).
Vərəqə: Kalulu, 64 – sarı.
Hakim: Kleman Turpen (Fransa).
26 iyun. Orlando. 54320 tamaşaçı. 
Vidad – Əl-Əyn 1:2 (1:1)
Vidad (Kasablanka, Mərakeş): Benabid, Mufid, Oliveyra, Harkass (Meyers, 55), Buçeta, Mubarik (Benktib, 79), Zemraui (Mutaraci, 79), Amrabat, Lorç, Əl-Somah (Obenq, 62), Mailula (Mvalimu, 62).
Əl-Əyn (Əbu Dəbi, BƏƏ): Patrisio, Yasiç (Əl-Baluşi, 65), Traore, Rabia, Ben Xaleq, Zabala, Park, Kaku (Şadli, 65), Palasios (Nyanq, 90), S.Rahimi (H.Rahimi, 90), Laba (Nader, 87).
Qollar: Mailula, 4 (1:0). Laba, 45+1-p. (1:1). Kaku, 50 (1:2).
Vərəqələr: Palasios, 11. Traore, 45+2. Mvalimu, 68. Amrabat, 83. Benktib, 90+3 – sarı. 
Hakim: Dryu Fişer (Kanada). 
26 iyun. Vaşinqton. 10785 tamaşaçı. 
1. Mançester Siti 3 3 0 0 13-2 9
2. Yuventus 3 2 0 1 11-6 6
3. Əl-Əyn 3 1 0 2 2-12 3
4. Vidad 3 0 0 3 2-8 0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri