“Siti”nin Anderson üçün ikinci təklifi də rədd edilib
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Mançester Siti” “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson üçün ikinci təklifini təqdim etsə də, təklif rədd edilib.
BBC Sport-un məlumatına görə, təklif 122 milyon funt sterlinqə qədər bonuslar da daxil olmaqla 106 milyon funt sterlinq dəyərində olub.
Əgər müqavilə bağlanarsa, 23 yaşlı yarımmüdafiəçi tarixin ən bahalı ingilis futbolçusu olacaq və Deklan Raysın 2023-cü ildə “Vest Hem”dən “Arsenal”a 105 milyon funt sterlinq dəyərində transferini geridə qoyacaq.
“Nyukasl” gənclər akademiyasının yetirməsi olan Anderson 2024-cü ildə “Nottingem Forest”ə 15 milyon funt sterlinqə qoşulub. Ötən mövsüm yarımmüdafiəçi Premyer Liqada 38 oyun keçirib və dörd qol vurub. O, klubun heyətində ümumilikdə 92 oyunda altı qol vurub. Bu həftə o, İngiltərə millisində Kosta Rikaya qarşı yoldaşlıq oyununda (3:0) əsas heyətdə yer alıb və Dünya çempionatına hazırlaşır. Klublar arasında danışıqlar turnir ərzində davam edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 İyun 2026 23:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















