Sitsiliyada Etna vulkanı püskürdü turistlər canlarını qurtarmağa çalışır (VİDEO)
Icma.az, Tribuna saytına istinadən bildirir.
Hazırda püskürmələr çox güclüdür və demək olar ki, fasiləsiz davam edir.
İtaliyanın Sitsiliya adasında Avropanın ən hündür aktiv vulkanı olan Etna bu səhər püskürməyə başlayıb, — Mirror nəşri yazır.
Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda görünür ki, vulkan göyə iri kül və tüstü buludu püskürür. Turistlər canlarını qurtarmaq üçün ərazini tərk etməyə çalışırlar. Qalxan tüstü Sitsiliyanın müxtəlif yerlərindən də görünür.
İtaliya hakimiyyət orqanları bildirirlər ki, püskürmə artıq bir neçə saatdır davam edir. İtaliya Geofizika və Vulkanologiya Milli İnstitutunun məlumatına görə, partlayışlar yüksək intensivliklə və demək olar ki, fasiləsiz baş verir.
İlk olaraq pilotlar üçün qırmızı təhlükə səviyyəsi elan olunsa da, üç saat sonra bu səviyyə narıncıya endirilib.
İmran Kərimli
Baxış sayı:68
Bu xəbər 02 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















