Şıx çimərliyinin yanında ard arda iki qəza: Gənc qız faciəli şəkildə öldü VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Şıx çimərliyi yaxınlığında bir-birindən ayrı iki yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, ilk qəza ictimai çimərliyin qarşısında iki minik avtomobilinin toqquşması ilə nəticələnib. İlkin ehtimala görə, sürücülərdən biri digəri maşını arxadan vurub. Zərbənin gücündən avtomobil yolun kənarına çıxıb və ciddi zədələnib. Hadisə zamanı xəsarət alan olmasa da, qəza maddi zərərlər nəticələnib.
İkinci və daha ağır qəza isə Bibiheybət məscidinin yaxınlığındakı sərt döngədə motosikletin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində baş verib. Motosikletdə olan şəxslərin kimliyi hələlik dəqiqləşdirilməyib. Şahidlərin verdiyi məlumata görə, qəza nəticəsində gənc qız hadisə yerindəcə həyatını itirib. Digər sərnişinin isə vəziyyəti ağırdır və hadisə yerindən bir qədər kənarda huşsuz halda tapılıb.
Eltac Zülfüqaroğlu
Baxış sayı:53
Bu xəbər 21 İyul 2025 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















