Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən Zərərçəkmiş vəfat etdi
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Təhlükəsizlik Nazirliyinin (Ləğv edilib - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin cinayət işi üzrə əsas zərərçəkmişlərdən biri vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 30 ildən çox hüquq-mühafizə orqanlarında işləmiş Əfsəl Həsənəliyev 76 yaşında dünyasını dəyişib.
Həsənəliyev Şixəliyev və adamlarının qanunsuz göstərişi ilə 5 ay həbsdə qaldığını, 50 min dolllar alındığını deyirdi.
O, başına gətirilənlərə görə həmin dövrdə Baş prokuror işləmiş Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun da məhkəmədə sorğu-sual edilməsini istəyirdi. Bu və digər vəsatətləri qəbul edilməyən zərərçəkmiş məhkəmə zalında özünü yandırmaq istəmişdi. Onun intihara cəhdinə görə proses təxirə salınmışdı.
Məhkəmə hökmü ilə Ə.Həsənəliyevin mülki iddiası təmin edilsə də, onun icra işlərinin başa çatmasını görməyə ömrü çatmadı.
Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. O, general-mayor rütbəsindən də məhrum olunub.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 27 May 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















