Icma.az
close
up
RU
ŞIXILINSKİ SƏFİRLİYƏ SIĞINIB Ailəsiylə birlikdə (MÜRACİƏT)

ŞIXILINSKİ SƏFİRLİYƏ SIĞINIB Ailəsiylə birlikdə (MÜRACİƏT)

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Azərbaycana yönəlik qərəzli kampaniyası çərçivəsində bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı təxribatlar davam edir. İctimaiyyət hər gün Rusiyada hansısa azərbaycanlı iş adamı və ya ictimai xadimin saxlanılması barədə xəbərlər alır.

Xatırladaq ki, bu qəbildən olan ən səs-küylü əməliyyat Yekaterinburqda Azərbaycan diasporunun Sverdlovsk vilayəti üzrə rəhbəri Şahin Şıxlinskinin axtarışa verilməsi, oğlu Mutvalı Şıxlinskinin isə saxlanılması oldu. Hazırda Şahin Şıxlinski Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinə sığınıb.

Bu gün mövcud çətin vəziyyətlə bağlı Ş.Şıxlinski Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Dövlət başçısına və Birinci vitse-prezidentə dərin ehtiramını bildirən diaspor rəhbəri müraciətdə öz fəaliyyəti barədə məlumat verib. Diaspor lideri kimi işinə Azərbaycan dövləti tərəfindən yüksək qiymət verildiyini bildirən Ş.Şıxlinski, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2006-cı il tarixli, 1355 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı, 21 aprel 2022-ci il tarixli, 3224 nömrəli Sərəncamla isə “Dostluq” ordeni ilə təltif edildiyini də xatırladıb.

O bildirib ki, müxtəlif illərdə Rusiya Federasiyasının Sverdlovsk vilayəti rəhbərliyi tərəfindən Rusiya-Azərbaycan dostluğunun möhkəmləndirilməsinə və vətəndaş cəmiyyətinə verdiyi töhfələrə görə dəfələrlə təşəkkürnamələr alıb və mükafatlarla təltif edilib.

Uzun illərdir ki, Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri vəzifəsini yerinə yetirməklə yanaşı, Şıxlinski vətəni Azərbaycanla bağlarını heç zaman qoparmayıb. Bakı şəhərində, Qazax və Qax rayonlarında onun təşəbbüsü ilə müəssisələr və iaşə obyektləri açılıb və fəaliyyət göstərməkdədir. Bu obyektlərdə yüzlərlə azərbaycanlı işlə təmin olunub və dövlət büdcəsinə vergi ödənilir.

O, qeyd edib ki, Azərbaycan vətəndaşlığından imtina etməyib və hal- hazırda həm Azərbaycan, həm də Rusiya vətəndaşlığını daşıyır.

Bu müraciəti ölkə rəhbərliyinə son dərəcə narahatedici və hüquqazidd bir hadisə ilə bağlı ünvanladığını diqqətə çatdıran diaspor rəhbərinin müraciətində deyilir:

“2025-ci il iyulun 1-də, Yekaterinburq şəhərində yerləşən “Baku Plaza”nın yaxınlığında mən və oğlum Mutvalı Şıxlinski avtomobildə olduğumuz zaman, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları oğlumun idarə etdiyi avtomobilə qəfil hücum edib, bizə qarşı kobud və qeyri-insani rəftar ediblər. Bizi zor tədbiq edərək avtomobildən çıxarıb, yerə yıxıblar, bizə qarşı psixoloji və fiziki təzyiq göstəriblər, ünvanımıza təhqiramiz ifadələr işlədiblər.

Daha sonra, 16 iyul 2025-ci il tarixində oğlum Mutvalı Şıxlinski, guya, hüquq-mühafizə orqanlarının əməkdaşlarına zor tətbiq etdiyi iddiası ilə həbs olunub. Halbuki, sosial şəbəkələrdə və televiziya kanallarında yayımlanan videogörüntülərdə bu ittihamların tamamilə əsassız olduğu açıq-aşkar görünür. Əslində, hadisənin zərərçəkən tərəfi biz olmuşuq.

Əməkdaşlar tərəfindən bizə bildirilib ki, bu davranışların səbəbi son dövrlərdə Azərbaycan ilə Rusiya arasında yaşanan siyasi gərginliklərdir. Bütün bunlar bizə qarşı aparılan qərəzli və siyasi motivli münasibətin bariz nümunəsidir. Qeyd etmək istərdim ki, həm mən, həm də oğlum vəkil statusuna malikik və hüquqazidd heç bir hərəkətə yol verməmişik.

Baş verən hadisədən sonra, ailəmin və şəxsimin təhlükəsizliyi üçün ciddi təhdid hiss etdiyimdən, Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin qonaq evinə sığınmaq məcburiyyətində qalmışam”.

Şahin Şıxlinski həm Prezident İlham Əliyevdən, həm də Birinci vitse-prezident Mehriban Əliyevadan ona və oğluna qarşı qaldırılmış əsassız və qeyri-qanuni cinayət işinin ədalətli araşdırılması üçün məsələni nəzarətə götürməyi xahiş edir:

“Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının və Moskvadakı səfirliyimizin bu məsələdə hüquqi və mənəvi dəstəyini təmin etməyinizi xahiş edirəm. Ədalət bərpa olunana qədər Azərbaycan səfirliyinin qonaq evində müvəqqəti sığınacaqla təmin edilməyim üçün yardımçı olmağınız bizim üçün çox önəmlidir. Əvvəlcədən göstərəcəyiniz diqqət və qayğıya görə dərin təşəkkürümü bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram”(Ayna.az)

Xatırladaq ki, Ş.Şıxlınski məşhur jurnalist Elçin Şıxlının əmisi oğludur.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://mia.az
archiveBu xəbər 01 Avqust 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri