Icma.az
close
up
RU
“Siyahı təqdim edilməlidir ki, agentlərin kimliyini hamı tanısın...” ZAHİD ORUC

“Siyahı təqdim edilməlidir ki, agentlərin kimliyini hamı tanısın...” ZAHİD ORUC

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Son 36 ildə Avropa Parlamentinin Ermənistan–Azərbaycan münaqişəsi və Qarabağ məsələsinə dair onlarla qətnaməsinə nəzər saldıqda, Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edənlərin torpaqlarımızın işğalına necə haqq qazandırdıqlarını aydın görürük”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc deyib.

O, çıxışının davamında bildirib:

“1990-2000-ci illərdə yalnız erməni əhalisinin humanitar böhrana məruz qalması və müdafiəsini iddia edən avrübürokratlar münaqişənin siyasi köklərini pərdələyərək separatizmə dəstək verir, öz müqəddaratını təyin etməyi qabardır, dondurulmuş münaqişə və “status-kvo” ifadələri ilə işğalı legitimləşdirməyə, Qarabağ rejimini tanıtdırmağa çalışırlar.

2020-ci ildə Vətən müharibəsində Qələbəmizdən sonra AvroParlament məğlub dövlətlərin tribunasına çevrilərək, İrəvan hakimiyyətinin dilə gətirmədiyi abidə, qayıdış və xristian irsinin qorunması mövzusu altında ölkəmizə qarşı hücumlarının intensivliyini gücləndirirlər. Hərbi əsirlər adı altında keçmiş işğalçıları “diriltmək” istəyi aşkar ortadadır. Onları siyasi məhbus elan etsələr, təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürnberqdə mühakimə olunanlara bəraət tələb edərdilər...

Dünən sənəddəki “Dağlıq Qarabağ” termini işğalçıların təkcə Qorbaçov deyil, eynilə Qərb dövlətləri və parlamentlərindən maliyyə, siyasi və hərbi yardım aldıqlarını sübut edir. Halbuki Ermənistan hökuməti həmin ifadələri işlətmir. Lakin ən başlıcası qətnamənin adıdır, sitat: “Ermənistanın demokratik dayanıqlığının gücləndirilməsi, xarici müdaxilədən -Moskvadan gələn hibrid hücumlardan qorumaq”. Əgər doğrudan məqsəd 11 milyon avronu xərcləyib, Ermənistanı xarici informasiya hücumlarından qorumaqdırsa, onda tam əksinə, regionda sülhə zərbə vuran, Paşinyanın seçki platformasının əsas ideyasını - Azərbaycanla normallaşma prosesini pozan, “üçbaşlı müharibə partiyası”nı gücləndirirən həm də Brüssel bürokratiyasıdır. Əlbəttə, onların böyük bir hissəsi qonşu dövlətlərin agentləridir. Eva Kaylinin korrupsioner davamçıları qorxur ki, iki xalqın düşmənçiliyi sona çatar və o dövlətlərin əli kəsilər. Qarabağ məsələsi gündəlikdən çıxdıqca, keçmiş imperiya varisləri Qafqaza qorxu kültürünü yaya, silah sata, neft-qaz resurslarını ələ keçirə bilməzlər.

Bir neçə ay sonra sülh müqaviləsi imzalananda, iki millət arasında diplomatik, siyasi və ticarət əlaqələri yarananda avroqətnamələr utanc səhifələri kimi tarixin arxivinə atılacaq. Qarabağ əhalisini geri qaytamağa çalışanlar, yəqin, Şuşa, Xankəndi azərbaycanlılarını nəzərədə tuturlar. Paşinyanın ən böyük rəqibləri daxildə üçbaşlı müharibə partiyası deyil. İrəvanın düşmənləri aprelin 11-12-də Parisə toplaşan 22 dövlətin təmsilçiləri və dünən qətnaməyə səs verən deputatlardır. Son 35 ildə ilk dəfə AZAL təyyarəsi İrəvana uçub - təhlükəsiz şəraitdə Baş nazirin müavini Prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırırlar. Belə bir vaxtda, barışa və təhlükəsizliyə qarşı fəallaşan qüvvələr Qələbəmizdən qisas almağa çalışırlar. Bəs parlamentimizin cavabı nə olmalıdır? Biz bəyan etməliyik ki, sülh prosesinə zərbə vuranlara qarşı İrəvan Bakı ilə birlikdə eyni səngərdə dayanmalıdır. Ermənistan rəsmən bəyan etməlidir ki, son 30 ildə işğalı legitimləşdirmək üçün qurduqları infrstuktur, o cümlədən, dini-mədəni abidələri və qayıdış məsələsini kimsə imperiya maraqlarına alət edə bilməz. Bəli, Azərbaycan dövləti sülhün düşmənlərinin siyahısını tərtib edib dünyaya təqdim etməlidir ki, Cənubi Qafqaza müharibə gətirmək istəyən agentlərin kimliyini hamı tanısın!”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 May 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri