Icma.az
close
up
RU
Siyasət, biznes və kilsə üçbucağı

Siyasət, biznes və kilsə üçbucağı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İrəvanda məhkəmə birləşmiş caniləri ittiham edir

Ermənistanda cərəyan edən son proseslərə ayrı-ayrı məhkəmə işləri kimi deyil, ölkənin bugünkü siyasi mənzərəsini əks etdirən güzgü kimi baxmaq mümkündür. Bu mənzərədə hüquqi qiymətləndirmə ilə yanaşı, siyasi mövqelərin və ictimai reaksiyaların da özünəməxsus yeri var.

Əlbəttə, söhbət sıradan cinayət işlərindən getmir. Son dövrdə tanınmış siyasi və ictimai fiqurların da adı müxtəlif məhkəmə işlərində hallanır. Bu sırada Ermənistanın ikinci prezidenti Robert Koçaryanın, Erməni Apostol Kilsəsinin başçısı və bütün ermənilərin ali patriarxı II Qareginin, habelə onunla birgə mühakimə olunan 6 yepiskopun, “Taşir” şirkətlər qrupunun rəhbəri, oliqarx-milyarder Samvel Karapetyanın, 2024-cü ildə Nikol Paşinyan hökumətinə qarşı etirazların əsas simalarından biri olmuş arxiyepiskop Baqrat Qalstanyanın məhkəmə prosesləri xüsusilə diqqət çəkir.

Ohanyan da məhkəmə qapılarında

İndi onların sırasına daha birinin qatılacağı gözlənilir. Bu, 2008-2016-cı illərdə ölkənin müdafiə naziri olmuş Seyran Ohanyandır. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, keçmiş müdafiə naziri barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi üzrə ilkin istintaq başa çatıb. İstintaqın versiyasına görə, Ohanyan hərbçilər arasında mənzil bölgüsü üçün müəyyən edilmiş qaydaya müdaxilə edib və Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının üzvlərinin köməyi ilə qurum əməkdaşlarından birinin mənzillə növbədənkənar təmin olunmasına şərait yaradıb. İş materiallarına əsasən, 2008-ci il iyulun 12-də Müdafiə Nazirliyinin inzibati aparatının daxili təhlükəsizlik şöbəsinin rəisi M.İ. mənzil məsələsi ilə bağlı 2 raport hazırlayıb. Onlardan biri inzibati aparatın rəhbərinə, digəri isə Seyran Ohanyana ünvanlanıb. Ohanyana göndərilən müraciətdə İrəvanda mənzil məsələsinin operativ həllinə ehtiyac olduğu vurğulanıb. İstintaqın məlumatına görə, Ohanyan həmin prosedurların tənzimlənməsində iştirak etmək üçün hüquqi əsaslara malik olmasa da, elə həmin gün komissiyaya mənzillə bağlı məsələnin operativ həll edilməsi barədə göstəriş verib. Nəticədə avqustun 11-də keçirilən komissiya iclasından sonra M.İ.-yə İrəvanda üçotaqlı mənzil verilib.

İstintaq Komitəsi hesab edir ki, qərar qəbul edilərkən nazirlə əməkdaş arasındakı şəxsi əlaqələr də nəzərə alınıb. Bununla da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və müvafiq növbədə 1 neçə il gözləyən digər şəxslərin hüquqlarının pozulduğu bildirilir. Məhkəmə qərarı əsasında Ohanyan barəsində vəzifəli şəxsin hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə etməsi maddəsi ilə cinayət işi başlanıb.

Karapetyanın işi uzanır

Bu arada Ermənistanın tanınmış biznesmenlərindən olan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın işi üzrə növbəti məhkəmə iclasının təxirə salınması da gündəmdədir. Vəkillər qrupunun məlumatına görə, iclasın təxirə salınması barədə vəsatətlə prokuror çıxış edib. Növbəti məhkəmə iclası sentyabrın 11-nə təyin olunub. Onu da deyək ki, Antikorrupsiya Məhkəməsi iyulun 9-da Karapetyanın ev dustaqlığının müddətini daha 2 ay uzatmışdı. Növbəti iclasda da məhz onun ev dustaqlığının davam etdirilib-etdirilməməsi məsələsinə baxılmalı idi.

Karapetyana qarşı cinayət işi 2025-ci il iyunun 19-da başlanıb. Oliqarx hakimiyyəti ələ keçirməyə və ölkənin konstitusiya quruluşunu devirməyə açıq çağırışlarda ittiham olunaraq 2 aylıq həbs edilmişdi. Sonradan işə daha bir ittiham – çirkli pulların yuyulması əlavə olunub. 2026-cı ilin yanvarında isə məhkəmə onun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Sarukyanın biznes imperiyası

Ermənistanda məhkəmə gündəminin digər tanınmış siması isə “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyandır. Onun işi təkcə şəxsin özünə qarşı irəli sürülən ittihamlarla məhdudlaşmır. Proses onun biznes aktivlərinin və bu şirkətlərdə çalışan insanların gələcək taleyini də gündəmə gətirib.

Sentyabrın 3-də keçirilən məhkəmə iclası öncəsi Sarukyanın sözçüsü İveta Tonoyan bildirib ki, müvəkkilinə məxsus müəssisələrin fəaliyyəti hələ bərpa olunmayıb. Onun sözlərinə görə, hazırda yalnız dövlətin idarəçiliyinə keçən “Ararat” konyak-şərab-araq kombinatı və “Araratsement” fəaliyyət göstərir. “Şanqri-La” kazinosu, “Firon” restoranı, Saxkadzordakı restoranlar, “Multi Stone” və “Olimpavan” kimi müəssisələrin fəaliyyəti isə bərpa edilməyib.

Tonoyanın sözlərinə görə, xüsusilə “Ararat” kombinatında ixtisarların aparılması barədə məlumatlar daxil olur. Söhbət bir neçə onlarla təhlükəsizlik əməkdaşının işdən çıxarılmasından gedir.

Koçaryan işi açıq müstəvidə

Ölkənin ikinci prezidenti Robert Koçaryanın işi isə digər proseslərdən fərqli olaraq daha açıq siyasi müzakirələrlə müşayiət olunur. Keçmiş prezidentin oğlu, parlamentin “Hayastan” fraksiyasının deputatı Levon Koçaryan atasına qarşı cinayət təqibinin siyasi və geosiyasi xarakter daşıdığını iddia edir.

Onun sözlərinə görə, prosesin əsas məqsədlərindən biri hakimiyyətə potensial siyasi müqavimət göstərə biləcək qüvvələri zəiflətməkdir. Levon hesab edir ki, atasının həbsi Ermənistan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə bağlı gələcək addımları fonunda siyasi meydanı “təmizləmək” cəhdi ola bilər.

Təbii ki, bunlar müdafiə tərəfinin siyasi qiymətləndirmələridir və məhkəmənin hüquqi mövqeyini əvəz etmir. Sadəcə, proses ətrafında yaranan müzakirələrin miqyasını göstərməsi baxımından diqqət çəkir.

II Qareginin işi hakim önündə?

Bütün bu proseslər arasında xüsusi çəkisi olan başqa bir iş isə Erməni Apostol Kilsəsinin başçısı II Qaregin və 6 yepiskopla bağlıdır. Burada məhkəmə prosesi yalnız hüquqi müstəvidə deyil, kilsə ilə hakimiyyət arasındakı münasibətlər baxımından da diqqət çəkir.

İş üzrə ilk iclas avqustun 7-də Eçmiədzində keçirilib. II Qaregin məhkəmədə şəxsən iştirak edib. Lakin işə mahiyyəti üzrə baxılması mümkün olmayıb. Hakim Akop Manukyan özünə etiraz verib. Daha sonra iş hakim Serj Ruşanyana həvalə olunub. Avqustun 28-də Ruşanyan materialların İrəvanın ümumi yurisdiksiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Nəticədə işi hakim Vaaqn Melikyanın araşdıracağı açıqlanıb. Bu arada Melikyanın adı əvvəllər də müxtəlif qalmaqallı məlumatlarda hallanıb. 2020-ci ildə Ermənistan mediasında hakimin Milli Təhlükəsizlik Xidmətinə çağırıldığı və keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın həbsi ilə bağlı ona təzyiq göstərilməyə çalışıldığı barədə məlumatlar yayılmışdı. Lakin həmin məlumatlar hakimə qarşı hər hansı hüquqi nəticə ilə yekunlaşmayıb.

* * *

Beləliklə, Ermənistanın məhkəmə gündəmində bir-birindən fərqli görünən, lakin ölkənin siyasi mənzərəsini müxtəlif tərəflərdən göstərən proseslər toplanır. Keçmiş müdafiə nazirinin illər əvvəl verdiyi qərar, iri biznesmenlərin fəaliyyəti, keçmiş prezidentin məhkəmə işi və kilsə rəhbərliyinə qarşı proses eyni hüquqi çərçivəyə sığmır. Lakin onların hamısı bir məqamda kəsişir: Ermənistan cəmiyyətində hüquq, siyasət, hakimiyyət və keçmişlə bağlı sualların cavabları getdikcə daha çox məhkəmə zallarında axtarılır. Məhz buna görə bu prosesləri yalnız ayrı-ayrı şəxslərin əməllərinin nəticəsi kimi qiymətləndirmək kifayət deyil.

Məhkəmə zalları həm də Ermənistanın bugünkü siyasi mənzərəsinin bir növ güzgüsünə çevrilib. Bu güzgüdə isə həm hüquqi iddialar, həm siyasi mövqelər, həm də cəmiyyətin müxtəlif təbəqələrinin hadisələrə münasibəti görünür.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Sentyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri