Siyasətçilər arasında 2025 in anti mükafatları: Tramp, Sarkozi...
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropanın "Politico" nəşri 2025-ci il üzrə anti-mükafatların sahiblərinin siyahısını dərc edib.
Qaynarinfo xəbət verir ki, siyahıya Fransanın sabiq prezidenti Nikola Sarkozi, ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daxil edilib.
Nikola Sarkozi "həbsdə dözümlülük" nominasiyası üzrə anti-mükafata layiq görülüb. Nəşr xatırladıb ki, o, həbsxanada 20 gün keçirib və daha sonra 216 səhifəlik "Bir məhbusun gündəliyi" adlı kitab nəşr etdirib. "Politico"nun hesablamasına görə, bu müddət ərzində hər günə orta hesabla təxminən 11 səhifə mətn düşür.
ABŞ prezidenti Donald Tramp süni intellektdən istifadəyə dair anti-mükafatın qalibi olub. Nəşr qeyd edib ki, Tramp sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılmış videolar paylaşıb. Həmin videolardan birində Tramp "Kral Tramp" yazısı ilə qırıcı təyyarədə uçan şəkildə təsvir olunur, aşağıda isə etirazçılara çirkab atıldığı göstərilir.
Bu anti-mükafat Tramp ilə birlikdə İrlandiya prezidenti Ketrin Konnolliyə də təqdim edilib. Buna səbəb seçkilər ərəfəsində internetdə yayılan və onun guya prezidentlik yarışından çəkildiyini elan etdiyi "deep fake" video olub. "Politico" həmçinin xatırladıb ki, Tramp daha əvvəl ABŞ Konqresində demokrat azlığın liderləri Çak Şumer və Hakim Cefrisin iştirakı ilə hazırlanmış "deep fake" görüntülər də paylaşmışdı.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen isə Trampın tətbiq etdiyi rüsumlara qarşı mübarizə cəhdlərinə görə anti-mükafat alıb. Nəşrin yazdığına görə, o, tariflərin tətbiqinin qarşısını ala bilməyib. Bununla belə, yekun rüsum səviyyəsi ilkin elan edilən 30 faizdən aşağı olub və Aİ-dən idxalın böyük hissəsi üçün 15 faiz təşkil edib.
Bundan əlavə, irimiqyaslı, lakin reallaşdırılmayan ideyalara görə "Titanik" anti-mükafatı İtaliyada Messina boğazı üzərindən körpü layihəsinə verilib. Bu layihənin tikintisi uzun illərdir müzakirə edilsə də, hələ də həyata keçirilməyib. Uzun müddət davam edən yol təmiri işlərinə görə "dejavu" anti-mükafatı isə Brüsseldə Robert Şuman dairəsinə təqdim olunub. Sözügedən yol qovşağının yenidən qurulması hələ də başa çatdırılmayıb.
Aydın
Baxış sayı:104
Bu xəbər 27 Dekabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















