Siyasi ekspert: Paşinyan COP29a dəvəti qəbul etsəydi, diversantlar şərtini önə sürəcəkdi
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi, sülh prosesinə mənfi təsir etməyəcək".
Adalet.az xəbər verir ki, bu sözləri siyasi ekspert Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında yazıb. O paylaşımında Ermənistan baş naziri Nikol Paşinyanın Bakıya dəvət olunduğunu önə çəkərək yazır: "Baxmayaraq ki, Bakı dəvət etmişdi və gəlmək üçün qeydiyyatdan keçmişdilər. N. Paşinyan nazirini o şərtlə göndərmək istəyirdi ki, Bakıdan erməni diversantlarla Yerevana qayıtsın. Təbii ki, Azərbaycan belə bir şərti qəbul edə bilməzdi.

Ermənistan tərəfi Bakıya gəlsəydi, dəyişən bir proses də olmayacaqdı. Ona görə də N.Pasinyan müəyyən qədər daxili etirazı neytrallaşdırmaq üçün Yerevan üçün "nəticəsi" olmayan tədbirə qatılmadı. Əgər, rəsmi Bakı Ermənistanın şərti ilə razılaşıb diversantları azad etsəydi, digər şərtlərlə çıxışlarina presedent ola bilərdi. Məhz Ermənistan siyasi hakimiyyətinin mahiyyəti budur.
Bu tədbirdə Fransa, Ermənistan və İran iştirak etmədi. İran xanim vitse-prezident səviyyədə təmsil olundu".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakıda keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivəs Sazişinin Tərəflər Konfransı COP29 mükəmməl təşkil edildiyini vurğulayıb.
Əntiqə Rəşid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Noyabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















