Icma.az
close
up
RU
Siyasi gərginliyin yaratdığı fəsadlar: itirən Türkiyədir

Siyasi gərginliyin yaratdığı fəsadlar: itirən Türkiyədir

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Elxan Şahinoğlu: “Yaxşı olardı ki, siyasi mübarizə küçələrdə deyil, salonlarda davam etsin”

Türkiyənin daxili siyasətində gərginlik hökm sürməkdədir. İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesindən və İBB sədri Əkrəm İmamoğlunun həbsindən sonra İstanbul və Ankara olmaqla, bir neçə bölgədə mitinqlər keçirilir.

Qeyd edək ki, məhkəmə martın 23-də keçirilib. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib. Martın 22-i axşam saatlarında başladılan proses gecə boyunca dava edib və İmamoğlu da daxil olmaqla bütün şübhəlilərin yenidən ifadələri alınıb. İttihamlar arasında PKK/KCK terror təşkilatına maddi dəstək vermək, saxta yollarla dövlət vəsaitinin mənimsənilməsi, şəhərdə keçirilən tenderlərə müdaxilə, xüsusi cihazlarla İstanbulun bütün əhalisinin təqibə alınması, rüşvət kimi maddələr də var.

Şübhəlilər İBB-yə qarşı başladılan “korrupsiya” və “terror” cinayətləri olmaqla iki ayrı istintaq əsasında hakim qarşısına çıxarılıblar. Bələdiyyə sədrinin həbsinə dair qərar “korrupsiya” cinayətləri əsasında verilib.

Həbsinə qərar verilən İBB başçısı İmamoğlu, şəhərin Beylikdüzü ilə Şişli bələdiyyələrinin sədrləri Mehmet Murat Çalık və Resul Emrah Şahan müvəqqəti tədbir olaraq vəzifələrindən kənarlaşdırılıb.

Bir neçə gün əvvəl başlayan proseslə bağlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl tərəfdarlarını ölkənin müxtəlif bölgələrində toplanaraq etiraz aksiyaları keçirməyə çağırıb. Yeddi gün keçirilən mitinqlərdən sonra etirazlara ara verilib. CHP daha böyük mitinqlər vədi verməyi isə unutmayıb.

Qardaş ölkənin siyasi gündəmi ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki,  hüquqi müstəvidə hakimiyyət tərəfindən İBB-yə qarşı ittihamlar səslənib, müxalifət isə bunu qəbul etmir, siyasi qərar sayır:

- Müxalifət hesab edir ki, ittihamlar saxtadır, İmamoğlunu neytrallaşdırmaq istəyirlər ki, prezidentliyə namizədliyi əngəllənsin. Təəssüf ki, Türkiyədə qütbləşmə dərinləşir. Qardaş ölkə mediasında bir qrup İmamoğlunu təhqir edir, terrorçulara bağlayır. Mən də inanmıram ki, İBB sədri PKK-ya bağlı olsun. Bəli, ola bilər ki, onun sədri olduğu bələdiyyədə kiminsə PKK-ya  bağlı elementlərlə dialoqu olub. Amma şəxsən İmamoğlunun PKK ilə sıx bağlılığını qəbul etmək çətindir. Düzdür, onun sədr seçilməsində İstanbulda yaşayan kürdlərin səsinin də önəmi olub və bu, faktdır, inkar etmək olmaz. Lakin bu o demək deyil ki, İmamoğlu PKK-ya bağlı şəxsdir. Rüşvət ittihamları da mövcuddur ki, araşdırılır, müəyyən faktlar ortaya qoyulur. Müxalifətə, konkret desək, CHP-yə bağlı qruplar isə tamamilə əksini iddia edirlər. Bir növ, orta yanaşma yoxdur. Ona görə də, gərginlik daha da artır.

- Baş verənləri həqiqətən də prezident İmamoğlunun gələcəkdə prezidentliyə namizədliyinin qarşısının alınması ilə bağlamaq mümkündürmü?

- 2028-ci ildə prezident seçkiləri keçirilməlidir və bu səbəbdən siyasi mübarizənin indidən başlamasını söyləmək mümkündür. Bəli, Ərdoğan güclü siyasətçidir, reytinqi də yüksəkdir. Amma nəzərə almaq lazımdır ki, İmamoğlunun da reytinqi yüksələn xəttədir. Demək olar ki, Türkiyədə ciddi siyasi rəqabət gedir. İmamoğlu namizəd olarsa, Ərdoğanla başa-baş mübarizə apara bilər. İndi belə rəy var ki, hakim AKP öz rəqibini neytrallaşdırmaq istəyir. Əvvəlcə İmamoğlunun diplomu saxta elan edildi. Türkiyə qanunlarına görə, ali savadı olmayan şəxsin prezidentliyə namizəd olması mümkün deyil. Belə bir təəssürat yaranır ki, hakimiyyət İmamoğlunun namizədliyinin qarşısını bu yollarla alır. Amma müxalifətə də suallar var. Məsələn, ilk sual budur: müxalifət mitinqlər keçirdi, indi daha böyük mitinqlər planlaşdırılıb. Müxaliflər hansı nəticəni gözləyirlər? Məsələn, mən inanmıram ki, İmamoğlu gələn seçkidə namizəd olsun. Çünki bu qədər ittiham qarşısında İmamoğlunun yaxın müddətdə sərbəst buraxılacağı inandırıcı deyil. O zaman CHP hansısa formul seçməlidir.

- Sizcə, necə bir formul seçilməlidir?

- İki formul ola bilər – ya İmamoğlu həbsdə ola-ola onun namizədliyi irəli sürüləcək, hansı ki, özü seçki kampaniyasında iştirak edə bilməyəcək, seçkilərə buraxılmayacaq, ya da alternativ namizəd müəyyənləşdiriləcək. Əgər İmamoğlu fiziki cəhətdən seçkidə iştirak edə bilməsə, Ankara bələdiyyəsinin rəhbəri Mansur Yavaşın namizədliyi irəli sürüləcək. Bilirsiniz, seçkilərə hələ 3 ildən çox vaxt qalıb. Ola bilsin ki, növbədənkənar seçkilər keçirilsin, amma onun da iki ildən tez keçirilməsi real görünmür. Ona görə də, prosesləri proqnozlaşdırmaq bir qədər çətindir. Bütün hallarda isə siyasi rəqabət var, şiddətlənir. Bu isə əslində Türkiyənin özünə ziyan verir. Ən çox zərər isə iqtisadi cəhətdəndir. Son hadisələr zamanı qeyri-rəsmi hesablamalara görə, 30 milyard dollara yaxın Türkiyə iqtisadiyyatı itirib: səhmlər aşağı düşüb, şirkətlər pul itiriblər və s. Düzdür, müxalifət bundan faydalanmağa çalışır, amma bu, özlüyündə Türkiyə dövləti üçün pis haldır. Eyni zamanda, Türkiyənin demokratik imicinə də müəyyən məsələlər var ki, zərərlər verir.

- Bu gərginlik nə qədər müddət davam edəcək?

- CHP lideri Özgür Özəl bildirir ki, mitinqlər İmamoğlu azad edilənədək davam edəcək. Bunu həyata keçirməyin böyük çətinlikləri var. Düzdür, insanlar meydanlara yığılır, yüz minlərlə etirazçı var. Amma getdikcə mitinqə toplaşanların da sayı azalacaq. İkincisi, mitinqlərə radikal elementlər də qoşula bilərlər. Onlar bu etirazlardan istifadə edib qarşıdurma da yarada bilərlər. Özəl gərək bu məsələləri də nəzərə alsın. Çox yaxşı olardı ki, siyasi mübarizə küçələrdə deyil, salonlarda davam etsin. Bu, Türkiyə dövləti üçün ən yaxşı variantdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://ayna.az
archiveBu xəbər 27 Mart 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see163

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see152

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see135

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see133

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri