Icma.az
close
up
RU
“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Siyasi iradənin nəticəsində Özbəkistan dünyaya daha açıq ölkəyə çevrilib, sərhəd məsələləri həll olunub, qonşu ölkələrlə dostluq və əməkdaşlıq əlaqələri möhkəmlənib”.

525.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli tədbirdə bildirib.

O deyib ki, valyuta, vergi, gömrük və investisiya siyasətində köklü dəyişikliklər həyata keçirilib. Nəticədə ölkənin İqtisadi Azadlıq İndeksində mövqeyi 80 pillə yaxşılaşıb və Özbəkistan orta dərəcədə azad iqtisadiyyata malik ölkələr sırasına daxil olub.

“Əgər əvvəllər ölkə iqtisadiyyatına hər il 2–3 milyard dollar xarici investisiya cəlb olunurdusa, hazırda bu göstərici 40–50 milyard dollar təşkil edir. İnvestisiyalarla yanaşı, ölkəyə qabaqcıl texnologiyalar, müasir biliklər və yeni iqtisadi imkanlar da gəlir.

Üç il əvvəl Özbəkistanın ÜDM həcminin 2030-cu ilədək 160 milyard dollara çatdırılması qarşıya məqsəd qoyulub. Qlobal logistika sahəsindəki fasilələrə və dünyadakı qeyri-sabit vəziyyətə baxmayaraq, bu göstərici artıq cari ildə planlaşdırılan həddi aşacaq və Özbəkistan gəlirləri orta səviyyədən yüksək olan ölkələr sırasına daxil olacaq”, - Prezident deyib.

Əlavə edib ki,  belə yüksək nəticələrə xalqın fədakar əməyi, onun intellektual potensialı, eləcə də millətlə dövlətin birliyi sayəsində nail oluruq: “Hər bir insan və hər bir ailə həyatında baş verən müsbət dəyişiklikləri getdikcə daha dərindən hiss edir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:360
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Avqust 2026 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri