Siyavuş Kərimi: Məlum oldu ki, onlar mənim yox, rektorun dostu imiş
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad olunduqdan sonra ətrafındakı insanların münasibətində ciddi dəyişiklik hiss etdiyini deyib.
O, Qaynarinfo-ya açıqlamasında bildirib ki, vaxtilə daim yanında olan insanların əksəriyyəti vəzifədən ayrıldıqdan sonra ondan uzaqlaşıb:
"Hamısı məni tərk etdi. Təbii ki, bu söz hamıya aid deyil. Hazırda yanımda cəmi 3-4 etibarlı dostum qalıb. Belə başa düşdüm ki, onların çoxu Siyavuş Kəriminin deyil, Azərbaycan Milli Konservatoriyasının rektorunun dostu imiş. Həyatdır, belə hallarla rastlaşırıq. Yəqin ki, bu, bizim milli xüsusiyyətlərimizdən biridir. Mən isə hər zaman insanlara etibarla yanaşmışam".
Siyavuş Kərimi hazırda bütün diqqətini yaradıcılığına yönəltdiyini də vurğulayıb:
"Mənim üçün əsas olan yaradıcılığımdır. Şükür Allaha, bu sahədə hər şey qaydasındadır. Yeni mövsümdən etibarən tamaşaçılar məni yenidən səhnədə görəcəklər".
Qeyd edək ki, Siyavuş Kərimi 2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.
Bahar Rüstəmli
Baxış sayı:212
Bu xəbər 27 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















