Siyavuş Novruzov: “Aliment Fondu yaratmaq olmaz”
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bizim həmvətənlərimiz Rusiya, Ukrayna, Moldova, Belarus və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaqlar gətiriblər. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Siyavuş Novruzov parlamentin mayın 1-də keçirilən plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, indi məhkəmə qaydasında həmin uşaqların saxlanılması üçün aliment tələb olunanda, bunu ödəməlidirlər:
“Biz də fikirləşirik ki, gələcəkdə ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək”.
S.Novruzov qeyd edib ki, burada hansısa forma düşünmək lazımdır:
“Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 01 May 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















