Siyavuş Novruzov parlamentin iclaslarında niyə iştirak etmir?
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov son dövrlər parlamentin iclaslarında iştirak etmir.
“Unikal”ın əldə etdiyi məlumata görə, S.Novruzovun Milli Məclisin iclaslarındakı bəzi çıxışları birmənalı qarşılanmayıb. Hətta bir müddət öncə MM-də onunla söhbət aparılıb. Bundan sonra deputat parlamentin iclaslarına qatılmayıb.
Bir neçə gün öncə Baş nazir Əli Əsədovun hesabatı zamanı da S.Novruzovun iclasda iştirak etməməsi diqqət çəkib.
Bu gün isə S.Novruzovun əməliyyat olunduğu məlum olub.
Belə ki, Manset.az-ın məlumatına görə, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib. S.Novruzov idman edərkən diz nahiyəsini zədələyib. O, dövlət xəstəxanalarının birində əməliyyat olunub. Hazırda xəstəxanada müalicə prosesləri davam etdirilir.
Lakin onun parlamentin iclaslarında iştirak etməməsinin əsas səbəbinin bu olmadığı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 20 Mart 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















