Icma.az
close
up
RU
Siyavuş Novruzov sənədsiz evlərlə bağlı hökumətə müraciət etdi

Siyavuş Novruzov sənədsiz evlərlə bağlı hökumətə müraciət etdi

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu dövlət büdcəsi dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun. Bu dövlət büdcəsinə hamılıqla səs verməliyik və dəstəkləməliyik”.

Musavat.com-un məlumatına görə, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov 2025-ci ilin dövlət büdcəsini müzakirə edərkən deyib.

O bildirib ki, 30 il işğaldan əziyyət çəkən, 1 milyon qaçqın-köçkünün problemlərinin həlli ilə məşğul olan, bu gün Qarabağı yenidən tikən, 1 milyon minanın təmizlənməsi ilə məşğul olan Azərbaycanı hansısa Avropa ölkəsi ilə müqayisə etmək düzgün deyil.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazın digər respublikaları ilə müqayisəsini də düzgün saymır, çünki ölkəmiz onlardan çox irəlidədir.

S. Novruzov bir sıra vacib təkliflərini səsləndirib. Bildirib ki, bu gün ölkəmizdə 26 siyasi partiya qeydiyyatdan keçib:

“Keçmişdə 11 siyasi partiyaya vəsait ayrılırdısa, indi 25 partiyaya ayrılır. Bu vəsaitin bir az artması məqsədəuyğundur”.

Komitə sədri sənədsiz evlərlə bağlı məsələ qaldırıb.

Rəhbərlik etdiyi Regional məsələlər komitəsi adından da danışan Siyavuş Novruzov bildirib ki, evlər sənədləşdirilərsə, onlar bələdiyyələrə vergi verəcək. Həmçinin insanlar o mənzilləri satıb başqa yerlərdə mənzil tikmək imkanı qazanacaqlar, evləri banka girov kimi qoyub, kredit götürə bilərlər:

“Sənədsiz evlər məsələsi sürətləndirilməli və bu məsələ həllini tapmalıdır”.

Komitə rəhbəri deyib ki, torpaqların kateqoriyasının dəyişməsi problemə çevrilib:

“Vətəndaş bunun üçün 6 nazirlikdən icazə almalı və axırda da baş nazir qol çəkməlidir”.

Siyavuş Novruzov Naxçıvan Muxtar Respubliasının iqliminin sərt olduğunu söyləyib, həlli vacib problemə diqqət çəkib:

“Burada qış uzun olur və həm də 40 dərəcə şaxta olur. Ona görə də qaz limiti qalacaqsa, Naxçıvanda limitin artırılmasına ehtiyac var. Təklif edirəm ki, Naxçıvana ayrılan vəsait ilə görə yox, layihəyə görə verilsin. Çünki çatdırmaq olmur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 25 Noyabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri