Siyavuş Novruzov TV lərdəki serialları ağlaşmalar adlandırdı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycan televiziyalarında xəbərlər proqramı bitdikdən sonra seriallar yayımlanır. Bu seriallar nə tarixi şəxsiyyətlərimizə, nə Azərbaycan yazıçı və şairlərinin yazdığı əsərlərə həsr olunub. Kiminsə türmədən çıxıb danışdığı hekayət əsasındadır".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında müzakirə olunan “Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, həmin seriallarda dövlət orqanlarının nümayəndələri haqqında bu və ya digər formada düzgün olmayan informasiya verilir:
“Bu gün ölkəmizdə bədii yaradıcılıq üçün geniş meydan, əminamanlıq və sülh var. Müharibədə qalib gəlmiş tərəfik. Ağlaşmadan qələbəni təbliğ edən seriallara, filmlərə keçməliyik. Bizim əsgərlərin qəhrəmanlığını təbliğ edən seriallar çəkməliyik. Türmədən çıxan kiminsə danışdığı həyat hekayəsinin seriallarının qurbanı olmalı deyilik. Hesab edirəm ki, bu məsələlərə diqqət yetirilməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 27 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















