Icma.az
close
up
RU
Siz də ətrafınızdakı insanları dəyişmək istəyirsiniz?

Siz də ətrafınızdakı insanları dəyişmək istəyirsiniz?

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Yaşadıqca hər addımda bizi dəyişmək istəyən adamlara tez-tez rast gəlirik. Bəzən tale elə gətirir ki, bizi dəyişmək istəyən insanlarla bir ailədə yaşayırıq. Lakin ən məşhur psixoanalitiklərin də fikrincə, həyatın ən sərt həqiqətlərindən biri də budur ki, insan nə qədər çalışsa da başqasını dəyişə bilmir. 

Biz çox vaxt həyatımızdakı problemlərin səbəbini başqalarında görürük. “Ərim dəyişsə hər şey düzələr”, “Uşağım sözə qulaq assa hər şey yoluna düşər”, “Dostum məni anlamağı öyrənsə münasibətimiz yaxşı olar”... 

Sanki   xoşbəxtliyimizin açarı başqa insanların cibindədir və biz onlardan asılı vəziyyətdəyik.

Əslində isə, ətrafdakı insanları dəyişmək çabalarımız onları idarə etmək istəyindən doğur. Bizə uyğun davranmayan insanları “düzəltmək” arzusuna düşürük. Amma bu, yanlış mövqedir. Çünki heç kim başqasının layihəsi deyil. Hər bir insan öz daxili dünyasının məhsuludur və onun yaşam tərzi öz seçimidir.

Əslində, biz başqalarında nə qədər dəyişiklik tələb ediriksə, bir o qədər daxili narahatlıq yaşayırıq. Çünki bütün gücümüzü mümkün olmayan bir şeyə sərf edirik. Bu cür enerji yeyən yorucu mübarizələr isə mənasız və sonsuz konfliktlər yaradır.

Psixoanalitik Ziqmund Freydin fikrincə insanların çoxu dəyişiklikdən instinktiv olaraq qaçır. Çünki dəyişmək “məlum” olan komfort zonasından “naməlum” olan risk zonasına keçmək deməkdir. Bu isə psixoloji müqavimət yaradır. Kimisə dəyişməyə məcbur etmək bu müqaviməti gücləndirir, nəticədə qarşı tərəf ya daha sərt müdafiəyə keçir, ya da üzdə uyğunlaşsa da daxilən narazı qalır.

Bir həqiqəti qəbul etmək lazımdır: heç kim başqasının xoşbəxtliyinə borclu deyil. Yəni, kimisə dəyişməyə məcbur etmək onu itirməyin ən qısa yolu olacaq. Odur ki, öz həyatını və ətrafındakıları yaxşıya doğru dəyişmək istəyirsənsə mütləq birinci növbədə özünü təkmilləşdirməlisən.

Humanist psixologiyanın nümayəndələri, xüsusilə Karl Rocer hesab edir ki, insan yalnız anlayışla qarşılandığı   və empatiya mühitində dəyişə bilər. Bu o deməkdir ki, başqasını dəyişməyə çalışmaq əvəzinə, ona dəyişməsi üçün şərait yaratmaq daha effektivdir. 

Məşhur filosof Makiavelli isə bu məsələyə bir qədər radikal mövqedən yanaşaraq baltanı lap kökündən vurub: “İnsanları dəyişməyə çalışmayın, onları olduğu kimi rədd edin!..”

Murad Köhnəqala

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri