Siz də öz “ququ quşu”nuzu tanıyırsınızmı?
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Yəqin ki, ququ quşu haqqında eşitmisiniz. Ququ quşu heç vaxt kürt yatmır. Yumurta qoymaq vaxtı gələndə yarpaqlar arasında gizlənərək bir yuvanı uzun müddət müşahidə altında saxlayır. Yuvadakı quş yumurtladıqdan sonra (təbii ki, ana quş yuvada olmadığı bir vaxtda) yuvaya yaxınlaşır və yumurtasını qoyaraq oradan uzaqlaşır. Ancaq buna qədər dişi quş daha bir iş görür və ana quş şübhələnməsin deyə, həqiqi yumurtalardan birini aşağı atır.
On iki günlük kürt dövründən sonra bala quş yumurtadan çıxır və yumurtadan çıxar-çıxmaz ilk işi (yenə də, təbii ki, ana quş yuvada olmadığı bir vaxtda) yuvadakı digər yumurtaları aşağı atmaq olur. Bəli, bəli səhv eşitmədiniz. Bala quş yumurtadan çıxar-çıxmaz ilk işi yuvadakı digər yumurtaları aşağı atmaq olur. Beləliklə, bala quş bu addımı ilə elə ilk gündən rəqiblərini sıradan çıxarır. Balanın yuvadan ayrılmağa hazırlaşdığı 6-cı həftədə isə çox qəribə bir mənzərə meydana çıxır: Bir tərəfdə baladan bir neçə dəfə kiçik ana quş, o biri tərəfdə isə anadan bir neçə dəfə böyük bala quş!..
Əslində, elə nəfsimiz də bir “ququ quşu” deyilmi? Bu ququ quşunun ağlımızı, vicdanımızı yuvadan atmasına göz yummuruqmu? Hələ bu az imiş kimi, hisslərimizi də bu ququ quşuna qurban vermirikmi? Həm də təkcə hisslərimizimi?.. Elə isə hər birimiz həyatımızdakı ququ quşlarını yaxşı tanımalı və nə olursa-olsun, yuvamıza sahib çıxmalıyıq.
P. S. “Hünər nəfsi silməkdə deyil, bilməkdədir” (Hacı Bektaş Vəli).
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Ququ quşu nun müəllifi: Kaş ki, insanlar fərqli olmağın təhlükə yaratmadığını anlayaydılar...
17 Sentyabr 2026 13:46
Maraqlı təbiət hadisəsi: Sağsağan ququ quşunun balasını öz balası kimi böyüdür
09 İyul 2026 18:46
Ornitoloqlar ququ quşları ilə bağlı qədim mifi təkzib etdi
24 Aprel 2026 22:43
“Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq” Prezident
19 İyul 2025 22:25
Erməni idmançı: Siz necə Türksünüz? Öz əfsanənizi tanımırsınız?
28 Aprel 2026 23:58
Baxış sayı:61
Bu xəbər 23 Oktyabr 2026 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















