Icma.az
close
up
RU
Siz evdən çıxanda pişiyiniz nə düşünür? Maraqlı AÇIQLAMA

Siz evdən çıxanda pişiyiniz nə düşünür? Maraqlı AÇIQLAMA

Icma.az, Lent az saytına istinadən bildirir.

Hər bir pişik sahibi ev heyvanının özünü rahat hiss etməsini və xoşbəxt yaşamasını istəyir. Lakin mütəxəssislər bildirirlər ki, bir çox pişik insanların düşündüyündən daha çox ünsiyyətə və diqqətə ehtiyac duyur. Məhz buna görə də bəzi sahiblər evdən çıxarkən narahatlıq keçirirlər. Xüsusilə də pişik onları yüksək səslə miyoldayaraq yola salır və tək qalmaq istəmədiyini göstərir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ev pişikləri ətraflarında baş verən ən xırda detalları belə diqqətlə müşahidə edirlər. Onlar sahiblərinin gündəlik vərdişlərini tez yadda saxlayır və evdən çıxmazdan əvvəl təkrarlanan hərəkətləri geyinmək, açarları götürmək, çantanı hazırlamaq və qapıya yaxınlaşmaq kimi davranışları asanlıqla fərqləndirirlər. Mütəxəssislərin sözlərinə görə, pişiklərin nə düşündüyünü dəqiq bilmək mümkün olmasa da, onların davranışları çox şeyi izah edir.

"Qapını bağlayıb evdən çıxdığınız anda pişiyinizin nə düşündüyünü birbaşa bilmək mümkün deyil. Ancaq onlar insanların düşündüyündən daha çox şeyi hiss edir və müşahidə edirlər. Növbəti dəfə evdən çıxanda unutmayın ki, pişiyiniz bunu göstərməsə belə, sizə düşündüyünüzdən daha çox darıxa bilər", - mütəxəssislər bildiriblər.

Pişiyin tək qalmaqdan əziyyət çəkdiyini göstərən əlamətlər

Baytarlar sahiblərə ev heyvanlarının davranışındakı dəyişikliklərə diqqət yetirməyi tövsiyə edirlər. Aşağıdakı əlamətlər pişiyin tək qalmaqdan stress keçirdiyini göstərə bilər:

Davamlı və ya həmişəkindən daha yüksək səslə miyoldaması;

Sahibinə həddindən artıq bağlanması və daim onun yanında olmaq istəməsi;

Mebelləri cırmaqlaması və ya əşyaları yerə ataraq dağıdıcı davranışlar nümayiş etdirməsi;

Tualet qabından istifadə etməməsi və başqa yerləri çirkləndirməsi;

Yeməli olmayan əşyaları dişləməyə və gəmirilməyə çalışması;

Özünü həddindən artıq yalaması, nəticədə tüklərinin töküldüyü nahiyələrin əmələ gəlməsi.

Pişiyin ayrılığı daha rahat keçirməsi üçün nə etmək olar?

Mütəxəssislər bildirirlər ki, sadə üsullar pişiyin narahatlığını azaltmağa kömək edə bilər. Bunun üçün pişiyin sevdiyi yerdə sahibinin qoxusu olan bir geyim və ya parça saxlamaq tövsiyə olunur. Tanış qoxu pişikdə təhlükəsizlik hissi yaradır və onun ayrılığı daha sakit keçirməsinə kömək edir. Bundan əlavə, evdən çıxma anını emosional hadisəyə çevirməmək də vacibdir.

Sakit və adi şəkildə evdən çıxmaq pişiyə sahibinin müvəqqəti yoxluğunu gündəlik həyatın normal bir hissəsi kimi qəbul etməyə kömək edir və stressi azaldır. Baytarlar qeyd edirlər ki, pişiklər çox vaxt müstəqil heyvan təsiri bağışlasalar da, onların davranışları sahibinə olan bağlılıqları barədə çox şey deyir.

Ev heyvanının jestlərini, mimikasını və gündəlik vərdişlərini diqqətlə izləmək onun əhvalını və ehtiyaclarını daha yaxşı anlamağa imkan verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 İyun 2026 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri