Icma.az
close
up
RU
Siz hər zaman ruslar üçün “çuşkasız”!

Siz hər zaman ruslar üçün “çuşkasız”!

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son bir ayda məzuniyyətə görə ətrafı müşahidə etmək fürsətim daha çox oldu: İlahi, Bakı başdan-başa ruslaşıbmış ki – xəbərimiz yox! “Qara gedələr” – yalnız ata və anasının deyil, yeddi arxadönəninin azərbaycanlı olmasına heç bir şübhə olmayanlar - rusca danışır; məhəllələrdə oynayan azərbaycanlı uşaqların dili bir çox halda ruscadır, Bakı küçələrində az qala rusdilli danışıqlar azərbaycandillilərlə yarıbayarıdır.

Nə baş verib, hansı qlobal dəyişiklik olub?

Sovet illərində Azərbaycan dilinə təzyiqi anlayırıq, baxmayaraq ki, həmin vaxtlarda da böyük ziyalılarımız ana dilinin saflığını qorumaq və onun işləkliyini təmin etmək üçün misilsiz fədakarlıqlar ediblər; 1988-89-cu il hərəkatı, xüsusilə rus ordusunun 20 yanvar 1990-cı ildə Bakıda mülki əhaliyə qarşı törətdiyi dəhşətli qətliamdan sonrakı dövrü xatırlayıram – nəinki rusca danışmaq, rus sözləri işlətməmək kimi milli qürur, milli ləyaqət, milli şərəf baş qaldırmışdı, çayxanalarda, dar çərçivələrdə belə rus sözləri işlədənlər 10 qəpik “cərimələnirdi”...

Bu milli şərəf, milli ləyaqət, milli qürurun nəticəsində Azərbaycanın canlı danışıq dili böyük ölçüdə rus sözlərindən təmizləndi.

Qəribədir, 30 il keçir və heç vaxt sovet imperiyasını görməyən, gözünü müstəqil Azərbaycana açan uşaqlar böyüyür - amma dillərində bir qucaq rus sözləri ilə...

1970-ci illərlə bağlı Bəxtiyar Vahabzadənin bir çıxışını xatırlayıram: demişdi ki, Bakıda 200 orta məktəb vardı, faciə o idi ki, onun 170-i rus məktəbi idi, 30-u isə “qarışıq” – yarırus, yarıazərbaycan.

1990-da milli ləyaqətə görə hər kəs övladını azərbaycandilli məktəblərə keçirmək üçün çalışırdı.

İndi tərsinədir – rusdilli məktəblərin sayı Bəxtiyar Vahabzadənin “faciə” adlandırdığı rəqəmdən iki dəfə çoxdur!

O vaxt 7 milyon idiksə, indi 10 milyondan bir qədər çoxuq – say baxımından. Demək ki, əhali 1,5 dəfə, rus məktəblərinin sayı isə iki dəfədən də çox artıb – son statistikada 350 civarında rus məktəbinin olduğu açıqlanmışdı.

Azərbaycan üzrə məktəblərin 8%-ə qədərinin rusdilli olduğu bildirilir. Rus məktəblərinin sayı 8 faiz civarında ola bilər, bəs, şagird sayı baxımından nə qədərdir? Azərbaycanda məktəb sayına kənd məktəbləri də daxildir – orda ki, bəzən 50-60 şagird olur. Rusdilli məktəb isə daha çox şəhərlərdə yerləşir və şagird sayı çox olur. Yəni ortalama 1000 şagird sayı ilə götürsək, bu məktəblərdə rusca 350 min azərbaycanlının təhsil aldığını təxmin edə bilərikmi? Orta məktəblərdə təxminən 1,6 milyon şagird varsa, demək, 22 faizini rusdillilər təşkil edirmi?

Rusdilli kursları da bura əlavə etsək, heyrətamiz rəqəm alınır!

Sovet tərbiyəsi ilə rusca danışanların hansı havaylasa “aktivləşməsini”, Bakıdakı rusları və 100 min ermənini də (100 min – 30 min ailə - 90-cı illərdə idi, yəqin ki, indi çoxalıblar) nəzərə aldıqda, Bakıda, ucqar məhəllələrdən tutmuş mərkəzə qədər, rus dilinin niyə qulaq deşdiyinin səbəbini anlaya bilərik!

Rusiya təcavüzkar dövlətdir – Ukraynaya hücum edib, slavyan qardaşlarını ət maşınından keçirir! Slavyan ölkələrində belə Rusiyaya münasibət birmənalı deyil, 50 yaşdan aşağılar ruscanı bilmirlər – baxmayaraq ki, öz ana dilləri rus dilinə çox yaxındır və istəsələr, bir aya ruscanı mükəmməl öyrənərlər.

Amma istəmirlər, öyrənmirlər; hamısı ingiliscəyə can atır.

Səbəb odur ki, rusca artıq gələcəyin dili, texnologiya dili, elm dili deyil!

Ruslar şovinistdir, barbardır, qardaş qatilidir – bu dili öyrənib, bu mədəniyyətin daşıyıcısına çevrilməyi heç kəs istəmir, çünki dilin insan təfəkkürünə təsirini çox gözəl anlayırlar!

Qərbi slavyanlar - Ukraynanın simasında elə şərqi slavyanlar da – ruscaya tüpürür, bu dildən qaçır, bu dilə nifrət edir. Bəs, türk dil ailəsinin üzvü olan Azərbaycan xalqının böyük hissəsi rusca üçün sinov gedir?

İctimaiyyət içində rus dilində danışmağı “elitarlıq” hesab edənlər, 20 Yanvarı nə tez unutdunuz? Axı 20 Yanvar şəhidlərinin övladları və doğmaları hələ gözünüzün önündədir!

Siz 25 dekabr 2024-cü ildə mülki təyyarəni Qroznı səmasında vurub, onlarla insanı qətlə yetirən və bunun məsuliyyətini daşımamaq üçün Azərbaycanı hədələyən Rusiyanı görmürsünüzmü?

Siz Yekaterinburqda evlərə hücum edib, döyə-döyə iki azərbaycanlını öldürən rus polisinin əməllərindən xəbərsizsinizmi?

Sizin az qala hər gün Rusiyada var-dövləti əlindən alınan, aşağılanan, həbs edilən azərbaycanlılar haqda da məlumatınız yoxdur?

Cəmiyyətdə rusca danışmağı elitarlıq sayanlar, qəti unutmayın: siz hər zaman ruslar üçün “qaragö...”sünüz; siz hər zaman ruslar üçün “çuşkasız”!

Yəni bunu dərk etmirsiniz, yoxsa ”çuşka” və “qaragö...” adlanmaq sizə ləzzət edir?

Hanı 90-lardakı milli ləyaqət, milli qürur, milli şərəfə sığınıb, ana dilinin incəliklərinə qədər tətbiqinə çalışan gənclik? Niyə onların övladları və nəvələri indi rus məktəblərində rusca təhsil alır?

Rusca danışmağınızın bir səbəbini göstərin - təslim olum!

Ali məktəblərimi?

Rusiyanın ali məktəbləri nəinki Qərbdən, Azərbaycan ali məktəblərindən aşağıdır!

İşləmək fürsətimi?

Siz görmürsünüz ki, miqrantlar üçün hansı maneələr yaradıb, orda işləməyə gedənləri necə təhqir edirlər?

Tərəqqi yox, yeni texnoloji uğurlar yox, mədəniyyət yox... Nə var Rusiya və ruscada? İctimai şəkildə bu dildə danışıb, “rusca” görsənməklə nəyə nail olmaq istəyirsiniz?

Özünüzü, öz millətinizi, öz tarixinizi niyə sevmirsiniz?

Milli toyunuzda, milli mərasiminizdə necə rusca mahnı oxuna və siz buna oynaya bilərsiniz?

Bu ölkənin “milli” müğənniləri – dövlətdən fəxri ad alanlar hansı meyarla xalq məclislərində 3 mahnıdan birini rusca ifa etməlidirlər?

Torpağını işğaldan azad etməyi bacaran qürurlu millət, sizə nə olub, niyə girmisiniz tualetində krant olmayan ruslara?

Rusun hazırda ən ağıllısı, ən dahisi, filosofu, ideoloqu, düşüncə uzmanı, fikir dühası Dugindir – o da deyir ki, Allahla vaxtaşırı söhbət edirəm!

Ruscanı öyrənirsiniz – əcəb edirsiniz, öz işinizdir! Daha bu dili təfəkkür tərzinə, düşüncə və ünsiyyət dilinə, ictimai üstünlük “faktoruna” çevirmək hardan ağlınıza gəlir?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see260

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see252

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see243

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see240

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see228

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see228

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see225

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see222

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see217

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see213

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see212

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see208

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see195

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see191

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see186

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see186

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see185

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see185

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see178

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri