Icma.az
close
up
RU
Siz tək deyilsiniz: göz yaşları və ümid işığı... FOTOLENT

Siz tək deyilsiniz: göz yaşları və ümid işığı... FOTOLENT

Icma.az bildirir, Lent az portalına istinadən.

"Ramazan ayında Leyla Əliyeva və Arzu Əliyevanın 1500-dən çox şəhid anası və şəhid ailələri ilə görüşü onlara böyük təsəlli oldu, bu görüş qəlbləri isidən unudulmaz anlarla yadda qaldı".

Lent.az xəbər verir ki, bunu “Mənim oğlum qəhrəmandır”, “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri Cəlal Qurbanov deyib.

O qeyd edib ki, şəhidlərimiz – azadlığımızın, suverenliyimizin əbədi keşikçiləridir: 

"Onların ailələri isə bizə əmanətdir. Bu müqəddəs Ramazan ayında və Novruz bayramı günlərində şəhid analarına, şəhid övladlarına göstərilən diqqət və qayğı bir daha sübut etdi ki, onların fədakarlığı xalqımızın qəlbində əbədi yaşayacaq.

Beş ildir ki, həyata keçirilən “Mənim Oğlum Qəhrəmandır” və “Mənim Atam Qəhrəmandır” layihələrinin əsas məqsədi təkcə şəhid ailələrinə mənəvi dayaq olmaq deyil, həm də Vətən uğrunda canını fəda edən igidlərimizin adını yaşatmaqdır. Bu layihələr hər şeydən əvvəl milli birliyimizin təcəssümüdür".

Cəlal Qurbanov bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə son iki həftə ərzində keçirilən tədbirlər – şəhid anaları üçün təşkil olunan 8 Mart iftar süfrələri və “Şahdağ” Turizm Mərkəzində şəhid övladları üçün təşkil edilən Novruz şənlikləri bu vəhdətin ən gözəl nümunəsi oldu:

"Azərbaycanın müxtəlif bölgələrindən gələn 1200-dən çox şəhid ailəsi bir araya gəldi. Onlar bir-birilərinə təsəlli verdi, dövlətin qayğısını, millətin ehtiramını hiss etdilər. Bu tədbirlərin ən duyğulu anlarından biri isə məhz martın 4-də və 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın şəhid anaları ilə görüşü oldu. Onların hərarətli qucağı, səmimi sözləri anaların qəlbinə işıq saçdı.

“Siz tək deyilsiniz, Vətən sizə borcludur!” – bu sözlər sadəcə təsəlli deyildi. Bu, şəhid ailələrinin göz yaşlarını qürurla silən, onların yaralarını Vətən sevgisi ilə sarıyan ümid işığı idi.

Leyla və Arzu Əliyevalar şəhid analarının göz yaşlarını silərkən, onların dərin kədərini qürura çevirməyə çalışarkən, həmçinin “Şahdağ”da şəhid övladları ilə Novruz bayramını qeyd edərkən bir daha göstərdilər ki, bu ailələr hər zaman dövlətin, millətin diqqətindədir".

“Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin rəhbəri Cəlal Qurbanov, beş ildir ki, bu layihələrə dəstək verən, şəhid ailələrinin hər zaman yanında olan Heydər Əliyev Fondunun İcraçı Direktoru Anar Ələkbərova şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.

“Cənab Prezidentin ailə üzvlərinin şəhid ailələrinə göstərdiyi qayğı, sevgi, diqqət əvəzedilməzdir!” – deyə vurğulayan Cəlal Qurbanov, Anar Ələkbərovun sözlərini xatırladaraq qeyd etdi ki, biz şəhid analarını və şəhid balalarını qorumalıyıq:

"Bu müqəddəs missiya bir vətəndaş borcu olmaqla yanaşı, mənəvi dəyərdir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələri daim ehtiramla yad edilməli, onların qurbanları heç zaman unudulmamalıdır. Bu layihələrin davamlı həyata keçirilməsində, şəhid ailələrinin hər zaman diqqət və qayğı ilə əhatələnməsində böyük dəstək olan Heydər Əliyev Fonduna və onun icraçı direktoru Anar Ələkbərova bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu layihə birlik layihəsidir! O, xalqımızın həmrəyliyini, şəhid ailələrinə olan ehtiramını və Vətən sevgisini özündə birləşdirir. Biz birlikdə daha güclüyük və şəhidlərimizin əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur. Birlik, sadəcə bir araya gəlmək deyil, eyni ürək döyüntüsü ilə yaşamaq, eyni dəyərləri qorumaqdır. Bu birlik bizim millət olaraq gücümüzdür, şəhid ailələrinə verdiyimiz mənəvi dayaqdır.

“Bəli, biz şəhid əmanətlərini qorumalıyıq! Onların hər biri bizə Vətənin müqəddəs yadigarıdır və bu yadigarları yaşatmaq, onlara sahib çıxmaq bizim ən ümdə vəzifəmizdir! Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin əziz xatirəsi hər zaman bizimlədir, və onların ruhu əbədi yaşayacaq!".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see206

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see175

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see171

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see156

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see130

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see129

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see126

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see124

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see120

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see120

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see119

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see119

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see119

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see118

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see118

Bakıda BİABIRÇI görüntülər: Pasiyentin çılpaq görüntüsünü yayıb, rəqs elədi AÇIQLAMA

19 Avqust 2025 16:44see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri