Sizə ürəkdən minnətdaram Elvin Cəfərquliyev
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev əsas komandaya qayıtmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi bu haqda İnstaqram hesabında paylaşım edib.
Ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Vestri" ilə ilk oyununda meydana çıxan Elvin azarkeşlərin ona dəstək olduğu anların videosunu paylaşıb. O, azarkeşlərə təşəkkür edib:
“Mənə göstərdiyiniz dəyər və dəstəyə görə sizə ürəkdən minnətdaram. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Sizi çox sevirəm”.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi. Onun yay fasiləsində başqa kluba keçəcəyinə dair xəbərlər yayılmışdı. Lakin müdafiəçi yenidən Ağdam təmsilçisinin əsas heyətinə qayıdıb.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 İyul 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















