Icma.az
close
up
RU
Sizi həyəcanda saxlayacaq 5 detektiv film VİDEO

Sizi həyəcanda saxlayacaq 5 detektiv film VİDEO

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bu seçmədə araşdırmaların kiçik və əhəmiyyətsiz görünən hadisələrlə - anonim məktublar, qəribə yoxa çıxmalar və ya şübhəli ölümlərlə başlandığı detektiv filmlər yer alır. Hadisələr qapalı icmalarda, səyahətlər zamanı və ya kiçik şəhərciklərdə cərəyan edir; burada personajların gizli münaqişələri və əsl motivləri tədricən üzə çıxır.

Lent.az sizi həyəcanda saxlayacaq 5 detektiv filmi təqdim edir.

The Thursday Murder Club

Filmin hadisələri qocalar evində baş verir. Burada bir qrup təqaüdçü mütəmadi olaraq toplaşaraq vaxtilə açılmamış cinayətləri müzakirə edir.

Yaxınlıqda real bir qətl baş verdikdən sonra onlar öz araşdırmalarına başlayır, yerli polisə kömək edir və həyat təcrübələrindən istifadə edirlər.

Spider & Jessie / What We Hide

Film faciədən sonra ortaq keçmişlərinə qayıdan bacı və qardaşdan bəhs edir. Hadisələr onların münasibətləri, ailə sirləri və həyatlarına təsir etmiş gizli məqamların tədricən üzə çıxması üzərində cəmlənir.

The Woman in Cabin 10

Süjet dəniz səyahəti zamanı qətl hadisəsinə bənzər bir vəziyyətin şahidi olan jurnalist Lori ətrafında qurulub. Rəsmi mənbələr sərnişinin yoxa çıxmasını inkar etdiyinə görə, qəhrəman gəminin göyərtəsində əslində nə baş verdiyini və həqiqəti kimin gizlətdiyini özü araşdırmalı olur.

Killer Heat

Filmin hadisələri Yunanıstanın bir adasında cərəyan edir. Şəxsi detektiv nüfuzlu bir ailənin üzvü olan Leonun Kritdə baş vermiş müəmmalı ölümü ilə bağlı araşdırma aparmaq üçün adaya gəlir. Süjetin mərkəzində mürəkkəb ailə əlaqələri, biznes maraqları və keçmiş münaqişələrlə bağlı hadisələr dayanır.

Wicked Little Letters

Film İngiltərənin Litlhəmpston adlı kiçik şəhərciyində sakinlərin aldıqları anonim və təhqiramiz məktublar silsiləsindən bəhs edir. Məktubların əsl müəllifini tapmaq və həqiqəti üzə çıxarmaq bir qrup biganə qalmayan qadının üzərinə düşür.

Araşdırma göndəricinin kimliyini aydınlaşdırmaqla yanaşı, icma daxilindəki gərgin münasibətləri və gizli qarşıdurmaları da üzə çıxarır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri