Icma.az
close
up
RU
Sizi təhdid edənləri heç vaxt bağışlamayın!

Sizi təhdid edənləri heç vaxt bağışlamayın!

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Kubra Məhərrəmova yazır...

Şantaja bir dəfə təslim olsan, həyatını məhv edəcəklər!

Şantajdan qorunmaq üçün iki yol var.

1. Heç vaxt şantaja təslim olma.

2. Birinci qaydanı bir daha oxu.

Əvvəllər foto-video çəkmək müşkül məsələ idi. Adamları o zaman yazdıqları məktublarla təhdid edirdilər. Çoxu da el-aləm içində reputasiyasını qorumaq üçün, şantaja təslim olurdu. Təbii ki, pul-para qarşılığında.

Bu gün nəinki foto-video çəkmək, üstünə ürəyin istəyən hər şeyi yapışdırmaq da mümkündür. Bir az da süni intellekt alətlərindən istifadə edirsən, adamı nəinki çimərlik geyimində, lap çılpaq da təsvir edə bilərsən.

Material hazır olanda isə bu qəbildən foto-videoları "fake" hesablardan paylaşıb, linkini şantaj olunan adamlara göndərirlər.

Bildirirlər ki, bu paylaşımı silmək üçün bu qədər pul ödəyəcəksən. Təəssüf ki, çoxu dələduzların bu tələsinə düşür və şantaja təslim olur. Unutmayın ki, şantaj mexanizmi psixoloji qorxu üzərində qurulur. Qurban qorxduqca şantajçı güclənir. Tələblərini artırır.

Bu gün sosial şəbəkələrdə mümkün olmayan heç nə yoxdur. İstənilən adamı bir saata "rəzil-rüsvay" etmək mümkündür. Amma, bir məsələ var:

Şantaja məruz qalan adam onu təhdid edənlərə qarşı daha sərt olmalıdır.

Qorxmadığını, onu polisə müraciət edəcəyini açıq deməlidir. Həm də, düşünün ki, hər saat dəyişən gündəmdə kiminsə "yalançı" çılpaq fotosu elə bir saat müzakirə olunacaq. Sonra isə yaddan çıxacaq. Amma bütün hallarda hüquq-mühafizə orqanlarına müraciət edib, ərizə yazmaq lazımdır.

Polisə müraciət etməmişdən əvvəl isə mütləq bunları et:

1. Sübutları saxla;

2. Mesajları silmə;

3. Pul göndərmə;

4. Nə öz hesabını, nə də təhdid edənin hesabını bloklama, ekran şəkillərini yarat. Bu sənin sübutundur.

Vacib qeyd: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi məhz bunun üçün nəzərdə tutulub.

Həmin qanunun 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələbetmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələbetmə - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qısa desək, əgər kimsə sizi şantaj edirsə, üç ildən beş ilə qədər həbs oluna bilər.

Bunu hər bir gənc, qız, ya oğlan bilməlidir. Şantaj, hədə-qorxu gələnlərdən qorxmasınlar.

Digər məsələ, burada gənclərdən daha çox məsuliyyət valideynlərin üzərinə düşür.

Valideyn yeniyetmənin qismən müstəqil həyata başladığı gündən bu həqiqəti onun beyninə yeritməlidir. Uşağın ən təhlükəsiz yeri ailədədir.

Uşaq, yeniyetmə, gənc bilməlidir ki, köməyi ilk növbədə evində tapacaq.

Valideyn isə nə olursa, olsun övladının yanında olmalıdır.

Heç kim adamın övladından artıq ola bilməz ki, övladını hansısa dələduzun sözü ilə, şantaja qurban verəsən.

Hər zaman təhdid edənlərə bir cavab vermək lazımdır: "övladım edib, əcəb edib, beş də artıq edib. Hünərin var, paylaş" deyib, polisə getmək lazımdır.

Bu yazını yazmaqda məqsəd cəmiyyətin diqqətini baş verən hadisələrə yönəltməkdir.

Son dövrlər sosial şəbəkələrdə təhqirə, şantaja məruz qalanların sayı durmadan artır. Özü də bu terror ancaq tanınmışlara qarşı deyil, sosial şəbəkədə hesabı olan hər kəsə qarşı yönəlib.

Bu dəfə hədəfə gələn tələbə qızlar olublar. Xülasə, tələbə qızların sosial şəbəkə hesablarında paylaşdıqları foto-videolar dələduzlar tərəfindən ələ keçirilir, həmin görüntülər müxtəlif süni intellekt alətləri ilə montajlanır və onlar təhdid edilirlər.

Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Əminəm ki, bunu edən hər kimdirsə, artıq onun ayaqqabısının ölçüsünə kimi bilirlər. Yəni adamın şəxsiyyətinin müəyyən olunub artıq. Niyə bu qədər əminəm? Çünki bu cür alçaq əməlləri törədənin beyninin hara qədər işlədiyi məlumdur. Özünə hörmət edən hakerlərin isə belə axmaq işlərə vaxtı yoxdur.

İndi qalır belə gədə-güdələri meydana çıxarıb, çılpaq halda rəzil-rüsvay etmək. Təəssüf ki, bizim qanunvericilikdə belə cəza növü yoxdur.

Bütün bu hadisənin fonunda gənc bir qızın qorxmadan bu barədə öz "Instagram" hesabında danışması isə mənə zövq verdi.

Gənc xanım özü BDU-nun hüquq fakültəsində təhsil alır və baş verənlərdən açıq danışır. Deməli gələcəyin hüquqşünası təkcə savadlı deyil, həm də patriarxat (ataxaqanlıq) cəmiyyətdə sözünü deyə bilən gənc və cəsarətli xanımdır.

Bunu yalnız alqışlamaq qalır.

Amma təəssüflər olsun ki, cəmiyyətimizdə bu cür düşünən qadınlar azdır. Çoxu "ayıbdır" deyib, hər cür şərəfsizliyə boyun əyir.

Bundan yararlanan isə ancaq dələduzlar olur.

Daha vacib bir qeyd. StopNCII.org - intim şəkil və videoların razılıq olmadan internetdə yayılmasının qarşısını almağa kömək edən pulsuz onlayn platformadır.

Yəni artıq bu istiqamətdə qlobal səviyyədə mübarizə aparılır.

Dediyim odur ki, heç vaxt qorxmayın! Kişi və ya qadın olmanızdan asılı olmayaraq. Bir dəfə şantaja "hə" deyildisə, bu sonu olmayacaq bir yoldur.

Hələ heç kim bu yoldan qayıtmayıb. Çox zaman psixoloji təzyiqlərə dözməyən qurbanlar ya özlərini, ya da onları təhdid edənləri öldürürlər.

Ən gözəl və təhlükəsiz yol isə hüquq-mühafizə orqanlarına müraciət etməkdir.

Sonda isə çox vacib məqamı diqqətinizə çatdırmaq istəyirəm.

Heç vaxt sizi təhdid edəni bağışlamayın! Siz güclü olub onun həbsinə nail olmusunuzsa, bu o demək deyil ki, hamı sizin kimi olacaq. Bu dələduzlar qanunun ən sərt üzünü görməli, layiqli cəzalarını zindanlarda çəkməlidirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Fevral 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri