Icma.az
close
up
RU
Sizi tətildə izləyirlər? Gizli kameraları aşkar etməyin 5 yolu

Sizi tətildə izləyirlər? Gizli kameraları aşkar etməyin 5 yolu

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gözünüzlə görə bilməsəniz belə, orada ola bilər. Gizli kameraları aşkar etməyin 5 asan yolunu öyrənin!

Səyahət edərkən özünüzü təhlükəsiz hiss etmək sizin təbii hüququnuzdur. Bununla belə, bəzi pis niyyətli insanlar otel otaqlarına gizli kameralar yerləşdirməklə şəxsi həyatınıza təhlükə yarada bilərlər.

Redaktor.az-ın məlumatına görə belə bir vəziyyətlə üzləşdiyinizi sadaladığımız 5 üsulla aşkar edə bilərsiniz.

1. Otağa diqqətlə baxış keçirin.

Tüstü detektorları, rozetkalar, saatlar, TV ətrafı, stolüstü lampalar, hətta su şüşələri gizli kameralar üçün yer ola bilər.

Obyektiv axtarın: Kiçik, parlaq, qara dairəvi səth kamera obyektivi ola bilər.

2. İşığı yoxlayın.

Otaq işıqlarını söndürün. Qaranlıqda telefonunuzun fənərini işıqlandırın. Kamera linzaları işığı əks etdirdiyi üçün parlaq ola bilər.

3. Telefon kameranızdan istifadə edin.

İnfraqırmızı işıqlar əksər gizli kameralarda olur. Bu işıqlar gözlə görünməz olsa da, telefon kamerası ilə görünə bilər.

Siz onu işıqları söndürməklə və telefon kamerasını uzaqdan idarəetmə kimi IR işığı yayan cihaza yönəltməklə yoxlaya bilərsiniz.

4. Vay-fay şəbəkəsini yoxlayın.

Gizli kameralar vay-fay üzərindən işləyə bilər. “Fing” kimi proqramlarla siz qoşulmuş cihazları skan edə və şübhəli cihazın olub-olmadığını görə bilərsiniz.

5. Gizli kamera dedektorundan istifadə edin.

Səyahətləriniz zamanı portativ detektorlardan istifadə etməklə təhlükəsizliyinizi artıra bilərsiniz. Bu cihazlar gizli cihazları tapmaq üçün radiotezlikləri aşkarlayır.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri