Icma.az
close
up
RU
“Sizin vasitənizlə bir daha AFFAya müraciət edirəm…” Ehtiram Quliyev

“Sizin vasitənizlə bir daha AFFAya müraciət edirəm…” Ehtiram Quliyev

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Birinci divizionun belə hansısa komandasına “Neftçi” formasını geyindirsən, o, istər-istəməz meydanda özünü göstərəcək. Ona görə də rəqib komandanı gözəl oyuna görə təbrik edirəm”.

QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev bu gün “Neftçi”yə qarşı keçirilən Misli Premyer Liqasının 18-ci turunun oyunundan (1:1) sonra jurnalistlərə bildirib. 

Onun fikrincə, matç maraqlı keçib və azarkeşlər buna görə seviniblər: “Nəticəyə görə olmasa da, oyuna görə sevindilər”. 

- Çempionatın arxada qalan birinci hissəsini komandanız üçün necə dəyərləndirirsiniz?

- Təbii ki, razıyıq. Amma çempionat başlayandan demişdik ki, əgər qışa qədər 30 xal yığsaq - nəzərə alaq ki, ötən il qışa kimi 22 xal toplamışdıq - xoşbəxt olarıq. Düzdür, bu, hədəf deyildi. Çempionat başlayanda bizə deyilsəydi ki, cəmi 2 oyunda uduzacaqsınız, çox sevinərdik. Və o da deyilsə idi ki, bu iki matçı “Araz Naxçıvan”a uduzacaqsınız, təəccüblənərdik. Bunlar çempionatımızın səviyyəsinin qalxmasını göstərir. 

- Qış fasiləsində komandanızın güclənməsi üçün hansısa addımlar atılacaqmı?

- Baxdığımız oyunçular var. Transfer pəncərəsi açılmasa da, skautlarımız futbolçuları izləyirlər. 3-4 transfer gözlənilir. Bunlar sadəcə, komandanı gücləndirmək üçündür. Komandanın onurğa sütünuna isə dəyməyəcəyik. Oyunçuları göndərmək barədə düşünmürük. Onsuz da futbolçularımız azdır. Əslində 2 oyunçu ilə güclənməyi düşünürdük. Amma gözləmədiyimiz zədələr - Marandiçinin zədələnməsi, Faiq və Milleri əməliyyata gedəcəyi bizi məcbur etdi ki, fasilədən sonra 3-4 transfer həyata keçirək.

- Bir müddət əvvəl bildirmişdiniz ki, Tovuz stadionunun süni meydançasının dəyişməsi üçün AFFA-dan kömək gözləyirsiniz. Bu məsələyə dair bir yenilik varmı?

- ⁠Xeyr, yoxdur. Sizin vasitənizlə yenidən AFFA-ya müraciət edirik ki, bizə dəstək olsalar, oyunlar təbii ot örtüyündə oynanılsa, zədələrimiz az olar, oyunların keyfiyyəti artar, azarkeşlər də bundan zövq alar. Ona görə də biz təklifimizi yenidən təkrarlayırıq. Örtüyün dəyişdirilməsi üçün xərclərin 50 faizini sponsor şirkət öz üzərinə götürür. Digər 50 faiz xərc AFFA tərəfindən qarşılansa, xoşbəxt olarıq. 

- “Turan Tovuz”un adının dəyişdirilib yenidən “Turan” qoyulacağı haqda məlumatlar var. Bu haqda nə deyə bilərsiniz?

- Bəli, bizim AFFA-ya belə bir müraciətimiz olub. İcraiyyə Komitəsində bu məsələyə baxılıb. Yaxın günlərdə müsbət cavab gözləyirik. “Turan” bir şəhərin deyil, bütün Qərb bölgəsinin komandasıdır. Nəinki Qərb, Azərbaycanın bütün fərqli bölgələrindən azatkeşlərimiz var. Bunları və əvvəlki “Turan”ın ənənəsinə, mənəvi mirasına qayıtmaq üçün adımızı dəyişdirməyi planlaşdırırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Dekabr 2024 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri