Icma.az
close
up
RU
Şizofreniya haqqında əfsanələr

Şizofreniya haqqında əfsanələr

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Birinci yanlış fikir: Şizofreniya nadir xəstəlikdir.

Fakt: Bəzi dövlətlərdə buna daha çox, bəzilrində isə daha az rast gəlinir. Alimlər hələ də onun yaranma səbəbini axtarıb tapa bilmir.Bu xəstəliyə müxtəlif sosial qruplar arasında rast gəlmək olar.

İkinci yanlış fikir: Şizofreniyanın yaranma səbəbinin uşaqlıqda olan pis rəftarla əlaqələndirilməsidir.

Fakt: İnsanda şizofreniyanın yaranmasına tərbiyyə, ailənin sosial-iqtisadi vəziyyəti və dini mənsubiyyəti qətiyyən təsir etmir. Ruhi-əsəb xəstəlikləri sinir sistemində gedən metobolik proseslərin pozulması nəticəsində yaranır və bu proseslərə uşağın həyatında baş verən hadisələr təsir edə bilməz. Lakin uğursuz şərait xəstəliyin dərinləşməsinə və ağırlaşmasına şərait yarada bilər.

Üçüncü yanlış fikir: Ruhi-əsəb xəstəliklərinin yoluxucu olmasıdır.

Fakt: Ruhi-əsəb xəstəlikləri keçici deyil, yəni xəstəlik tənəffüs yolu ilə keçmir və siz xəstəylə yaxın təmasda olsanız belə yoluxma ehtimalınız yoxdur.

Dördüncü yanlış fikir: Şizofreniya irsi xəstəlikdir.

Fakt: Əslində sizin ailənizdə bu xəstəlikdən əziyyət çəkən olubsa, bu hələ o demək deyil ki, siz və ya sizin uşaqlarınızdan kimsə bu xəstəliyin daşıyıcısı olacaq. Şizofreniya diaqnozu qoyulmuş qadın sağlam uşaq dünyaya gətirə bilər. Yadda saxlamaq lazımdır ki, irsilik burda xərçəng və şəkərli diabet xəstəliyindəki kimi faiz nisbilə eynidir. Yəni hər iki valdeyn xəstəlikdən əziyyət çəkirsə uşağın xəstələnmə riski 50%, ancaq valideynlərdən birinin xəstə olması halında isə 25% ola bilər.

Beşinci yanlış fikir: Şizofreniyadan tam sağalma metodunun olmasıdır.

Fakt: Çox təəssüf ki, müasir müalicə metodları hələ də sona qədər bu xəstəlikdən azad etməyə imkan vermir. Lakin müasir dərman preparatlarının sayəsində xəstəliyin simptomlarını azaltmağa, xəstənin və onun yaxınlarının həyatını yaxşılaşdırmağa imkan verir.

Altıncı yanlış fikir: Şizofreniyalı xəstələrin aqressiv olmalarıdır.

Fakt: Belə xəstələr əsasən aqressiv olmur. Bir çox xəstələr əksinə sakit və təkliyə meylli olur. Əgər müqayisə aparsaq görərik ki, belə xəstələrin arasında aqressiya sağlam insanlar arasında olan aqressiyadan çox deyil.

Yeddinci yanlış fikir: Şizofreniyanın pis hərəkətlərin nəticəsində yaranmasıdır.

Fakt: Hər hansı insanın bu xəstəlikdən əziyyət çəkməsi, ətrafdakılara əsas vermir ki, onun keçmişdə pis hərəkətlər etməsini düşünsün. Əgər kimdəsə şizofreniya aşkar olunubsa bu utanc mənbəyi deyil. Bu xəstəlikdən əziyyət çəkmək elə şəkərli diabet, mədə xorası və digər xroniki xəstəlikdən əziyyət çəkməkdən heç nə ilə fərqlənmir.

Səkkizinci yanlış fikir: Bu xəstələrin ruhən zəif olmasıdır.

Fakt: Bəli, faktiki olaraq ruhi-əsəb xəstələri öz iradəsi ilə xəstəliyin simptomlarını dəf edə bilmir. Lakin biz öz iradəmizlə göz və ya eşitmə zəifliyini də azaltmağa qadir deyilik.

Doqquzuncu yanlış fikir: Şizofreniyanın dahiliyin vacib cəhətlərindən sayılmasıdır.

Fakt: Şizofreniyadan əziyyət çəkən pasientin fikirləri qeyri ixtiyari, bəzən də orijinal olması ilə fərqlənir. Lakin bu əsas vermir ki, belə xəstələrin dahi olduğunu deyək .

Onuncu yanlış fikir: Şizofreniyalı xəstələrin iş qabiliyyətinin olmamasıdır.

Fakt: “Şizofreniya” diaqnozu hələ insanı işdən kənarlaşdırmağa əsas vermir. Xəstə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilər. Belə ki işləmə həvəsi, insanı mənəvi cəhətdən daha həvəsləndirər və daha tez sağalma həvəsini artırar. İş xəstənin özünə qarşı hörmətini artırar, o, özünü cəmiyyətin vacib fərdi sayar ki, bu da vacib şərtlərdən biridir.

On birinci yanlış fikir: Belə xəstələrin həbsxana şəraitində saxlanması fikiridir.

Fakt: Ola bilər ki, ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxs cinayət törətmiş olsun. Bu əsasən tutmalar və xəstəliyin inkişaf mərhələsində baş verən cinayət faktları ola bilər. Çox təəssüf ki, cəmiyyət üçün həbsxana belə xəstələrin təcrid edilməsi üçün vacib yer sayılır. Lakin həbsxana şəraitindəki xəstəxanalarda belə xəstələrə lazımi müalicə tətbiq edilmir və get-gedə xəstənin vəziyyəti ağırlaşır. Onlar üçün ikinci cəza digər məhkumların onlarla pis rəftarı ola bilər ki, bu da onların ətraf mühitdən tamamilə ayrılmaqlarına və özünə qapanmalara gətirib çıxara bilər.

On ikinci yanlış fikir: Şizofreniyalı şəxslərin öz müalicələri barəsində müstəqil məşğul ola bilməmələridir.

Fakt: Bir çox şizofreniyalı xəstələr ilk vaxtlar bu xəstəliyə çətinliklə yanaşsalar da, anlayırlar ki, onlar xəstədirlər və müalicəyə ehtiyacları var. Əgər xəstənin özü haqda qərarları ailəsi tərəfindən də dəstəklənərsə, onda sağalmaya meyil daha artar və müalicə prosesinə daha həvəslə yanaşar.

On üçüncü yanlış fikir: Ağır psixi xəstəliklərin sağalması mümkündür.

Fakt: Bu gün daimi gedişatlı şizofreniyadan və ya manyakal-depressiv psixozdan sağalma metodları təəssüf ki, bizə məlum deyil. Bəzi psixiatrlar hesab edir ki, onlar belə xəstələri tam müalicə edib sağalda bilərlər. Lakin onların təklif etdiyi metodları digər psixiatrlar öz xəstələrinə tətbiq edərkən heç də uğurlu nəticə almırlar. Reallıqda biz ancaq xəstəliyin simptomlarını nisbətən yaxşılaşdıra, xəstənin öz və ətrafındakı insanların həyatını mümkün qədər yaxşılaşdıra bilərik. Yaddan çıxartmaq lazım deyil ki, şizofreniyanın bir çox növü var. Bir çox növlərdə xəstəliyin gedişatı ağır olsa belə uğurlu müalicədən sonra xəstənin davranışında olan qüsurlar aradan qalxır və xəstənin ümumi vəziyyətini stabil saxlamaq mümkündür.

On dördüncü yanlış fikir: Şizofreniyadan əziyyət çəkmək – şəxsiyyətin parçalanmasından əziyyət çəkmək deməkdir.

Fakt: Şizofreniyadan əziyyət çəkmək hələ demək deyil ki, bu xəstələrdə şəxsiyyətin parçalanması baş verir. Şəxsiyyətin parçalanması xüsusi psixiki vəziyyət zamanı meydana gəlir ki, bu da elmi dildə “Şəxsiyyətin dissosiativ pozuntusu” adlanır. Bu bir başa uşaqlıqda alınmış bir çox psixoloji travmalarla əlaqələndirilir. Belə xəstələr şəxsiyətin bir halından ona əks olan digər halına keçməsi ilə fərqlənir. Məsələn sakit, utancaq qadın birdən birə ünsiyətcil və şən şəxsiyyətə çevrilir. Cürbəcür hallarda bu insanlar özlərini müxtəlif adlarla təqdim edirlər.

Qeyd etmək lazımdır ki, bu cür xəstəlik çox nadir hallarda rast gəlinir və çətinliklə, əsasən amerika psixoanalitik psixiatrlar tərəfindən diaqnostika olunur. Xəstəliyin əlamətləri Bryus Villisin baş rolu oynadığı “Gecənin rəngləri” filmində çöx gözəl təqdim edilmişdir.

Denis Rzayev

Psixologiya və Konsultasiya Mərkəzinin psixoterapevti

Pcc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri