Skamyada əyləşən qadını MAŞIN VURDU: Sürücü yeniyetmə imiş VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yeniyetmə skamyada əyləşən qadını vurub.
Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən qəzanın görüntüləri binanın təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Kadrlarda bir qadının skamyada əyləşdiyi və bu anda idarəetmədən çıxan avtomobilin onu vurduğu görülür.
Videoda qəzadan sonra avtomobildən 3 gəncin düşdüyü və avtomobilin altında qalan qadını oradan çıxarmağa çalışmaları da əks olunub.
Yerli medianın məlumatına görə, avtomobilin altında təxminən bir saat qalan qadını xilasedicilər çıxarıblar. Belindən ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Qəza törədən sürücünün isə 14 yaşı olub və sürücülük vəsiqəsi olmayıb.
Yeniyetmə polis tərəfindən saxlanılsa da, daha sonra sərbəst buraxılıb.
Sözügedən qəza anının görüntülərini təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















