“Şkendiya” Bakıda dəstəksiz olacaq azarkeşlər üçün yeni fürsət
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Şkendiya” (Şimali Makedoniya) azarkeşlərinə ayrılmış yerlər Ağdam təmsilçisinin tərəfdarları üçün satışa çıxarılır.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının Bakıya gəlməməsi səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.
Satış sabah saat 12:00-dan start götürəcək.
Qeyd edək ki, “Qarabağ” – “Şkendiya” qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə “köhlən atlar” rəqibini bir cavabsız qolla üstələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 12 Avqust 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















