Icma.az
close
up
RU
“Şkendiya” ilə oyuna doğru: statistika nə deyir?

“Şkendiya” ilə oyuna doğru: statistika nə deyir?

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”nın qonağı olacaq. Skopyedə baş tutacaq görüşə saat 22:00-da start veriləcək.

“Şkendiya” ötən mövsüm Şimali Makedoniya çempionatında 70 xalla qalib olub. 33 turdan sonra 20 qələbə qazanan və 3 dəfə uduzan makedonlar ən yaxın izləyicisi “Sileks”i 3 xal qabaqlayıb.

“Şkendiya” ev oyunlarında yaxşı nəticələrlə yadda qalıb. Komanda çempionatda azarkeşləri önündə keçirdiyi 17 matçda 12 qələbə qazanıb, cəmi 1 dəfə uduzub. Komanda 39 qol vurub, 17-ni buraxıb. “Şkendiya” ötən mövsümdə ev oyunlarında ən çox xal qazanan kollektiv olub – 40 xal.

Avrokuboklarda mübarizəyə Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayan “Şkendiya” hələ məğlub olmayıb. I təsnifatda Uelsin TNS kollektivi ilə üz-üzə gələn makedonlar səfərdə heç-heçə edib (0:0), evində isə qələbə qazanıb (2:1). II təsnifatda FCSB ilə düşən “Şkendiya” cütün zəif tərəfi kimi göstərilirdi. İstər təcrübə, istərsə də heyətin keyfiyyəi FCSB-nı III təsnifata daha yaxın göstərirdi. Buna baxmayaraq, kağız üzərində favoritin yox, meydanda daha yaxşı oynayanın nəticə qazandığının bir daha şahidi olduq.

“Şkendiya” azarkeşləri önündə rumınları məğlub etməyi bacardı – 1:0. Düzdür, FCSB matçda daha üstün oynayıb, kifayət qədər qol epizodları yaratmağı bacarmışdı. Lakin futbolçuların əzmkarlığı, bəzən də bəxt amili makedonlardan yana oldu. Cavab görüşü də aşağı-yuxarı eyni senaridə keçdi. Səfərdə oynamasına baxmayaraq, dirəniş göstərən “Şkendiya” əlinə düşən fürsətləri maksimum dəyərləndirərək 2:1 hesablı qələbəyə sevindi və indi pley-offdadır.

“Qarabağ” “Şkendiya” ilə oyunlarda favoritdir. Lakin arxayınlaşmaq olmaz. “Şkendiya” asan rəqib olmadığını və hər an sürpriz etmək bacarığında olduğunu göstərib.

“Qarabağ” avrokuboklarda səfər matçlarında daha yaxşı təsir bağışlayır. II təsnifat mərhələsində İrlandiyada “Şelburn”a 3 cavabsız qol vuraraq cütün taleyini böyük ölçüdə həll edən “atlılar” bu dəfə də işini ilk matçdan həll etməyə çalışacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Avqust 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri