Icma.az
close
up
RU
“Şkendiya”nın baş məşqçisi: “Söhbət son dərəcə ciddi komandadan gedir”

“Şkendiya”nın baş məşqçisi: “Söhbət son dərəcə ciddi komandadan gedir”

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" - "Qarabağ" matçından öncə Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqirinin mətbuat konfransı keçirilib.

"Avrokuboklarda hər komandanın özünəməxsus keyfiyyətləri var. Komanda olaraq maksimum səviyyədə olmaq vacibdir. Daha sonra həftə ərzində təhlillər apararaq, rəqibin güclü tərəflərini təhlil edərək, onları zərərsizləşdirməyə və yaradılan imkanlardan istifadə etməyə çalışacağıq. Söhbət son dərəcə ciddi komandadan gedir. "Qarabağ" 12 mövsümdə 11 dəfə çempion olub. Onların 17 il ardıcıl komandaya rəhbərlik edən çox ciddi və yaxşı baş məşqçiləri var. Rəqibə hörmətlə yanaşsaq, hər an özümüzə hörmət etməyi unutmayacağıq.

Bizim üçün ən yüksək səviyyədə çıxış etmək çox vacibdir. FKSB ilə ilk matçdan sonra oyundan razı deyildim. Bilirdim ki, irəliləmək üçün daha yaxşı oynamalıyıq. İnanıram ki, şanslarımız çox olacaq. Çox diqqətli olmalı, şansımızdan istifadə etməliyik.

Düşünürəm ki, 90 dəqiqəlik futbol həm hücum, həm də müdafiə vəziyyətləri gətirir. Biz əlimizdən gələni etməyə çalışan komandayıq. Normalda elə vəziyyətlər olur ki, hücumda çox aqressiv oluruq və ya elə vəziyyətlər olur ki, yaxşı müdafiə olunuruq. Amma buna baxmayaraq, düşünmək və qol vuracağımıza ümid etmək lazımdır. İstər Bakıdakı, istərsə də Skopyedəki matçda bu, ən vacib məsələdir.

"Qarabağ"la əvvəlki rəqibimiz FKSB arasında müqayisə aparmaq istəməzdim. Çünki söhbət müxtəlif tipli komandalardan gedir. İnanıram ki, "Qarabağ"ın gücü onların baş məşqçisi və uzun müddətdir bir yerdə olan, komandanı ciddiləşdirən bəzi oyunçulardır. Biz rəqibə hörmət etməliyik. Əlbəttə ki, onları favorit hesab edirik. Amma hər şeyi sanımaq üçün 90 dəqiqə var.

"Qarabağ" təcrübəli komandadır. Orada Şimali Makedoniya və Albaniyada da oynamış futbolçular var. Onlar çox sərmayə qoyan klubdur. Amma inanmıram ki, bu detallar matça təsir etsin. Futbol həmişə bir çox komponentdən ibarətdir. VAR sistemi, vərəqələr, fərdi səhvlər, komanda şəklində səhvlər var. Pis gecə də ola bilər, mükəmməl gecə də. Demək istəyirəm ki, futbolda hər şey gözlənilir. Müsbət nəticə üçün meydanda öz gücümüzü ortaya qoyacağıq".

"Qarabağ" ÇL-da uduzsa? - Potensial rəqiblər bəlli oldu - YENİLƏNİB ÇL: "Fənər"in potensial rəqibləri bəlli oldu ÇL: “Qarabağ” üçün tanış rəqiblər - YENİLƏNİB "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq Əliyar Ağayev Avropa Liqası matçında
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Avqust 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri