Icma.az
close
up
RU
Skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?

Skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Püstəxanım Baharlı nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Doktor, fizioterapiyanın növləri hansılardır?

- Fizioterapevtik faktorlar təbii və süni olmaqla 2 yerə bölünür. Təbii faktorlar dedikdə, Günəş vannaları, dənizdə çimmək, dəniz ətrafı gəzintilər, iqlim müalicəsi (iqlim terapiyası), təbii duz mağaraları, estetoterapiya, fonoterapya nəzərdə tutulur.
Süni faktorlar xarakterinə görə elektrik cərəyanı ilə müalicə, maqnitoterapiya, optik diapazonlu elektromaqnit dalğaları ilə müalicə, süni dəyişdirilmiş hava mühiti ilə müalicə, franklinizasiya, mexaniki üsullardan istifadə etməklə müalicə, su ilə müalicə, balneoterapiya, termoterapiya, iqlimlə müalicə, sanator-kurort müalicəsi və s. bölmələri mövcuddur.

- Uşaqlarda daha çox hansı şikayətlər əsasında fizioterapevtik müalicələr həyata keçirilir?

- Son illər elm və texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqlarda duruş kifozu, skoliozlar, döş qəfəsinin deformasiyaları, yastı pəncəlik, lordozlarda, eləcə də travmatik zədələnmələr, əzələ sinir, yumşaq toxuma zədələməsi və tənəffüs sistemi xəstəlikləri rast gəlinir. Bundan əlavə, uşaqlarda genetik, irsi xəstəliklər, məsələn əzələ distrofiyaları, spinal, muskulyar atrofiya və nevroloji xəstəliklər müşahidə olunur.
Bu zaman masaj müalicəsi, bədən tərbiyəsi, kalsium fosfor elektroforez, paravertebral əzələlərin stimulyasiyası, üzgüçülük, hovuzda üzmə, maqnitoterapiya, ultrasəs müalicəsi, lazeroterapiya yaş qrupundan asılı olaraq fərdi seçilir. Bu prosedurları uşaqlar ildə 2 dəfə kurs şəklində qəbul edə bilərlər.

- Fizizoterapiya zamanı hansı amillər nəzərə alınmalıdır?

- Fizioterapiya zamanı xəstələrin yaşı, əsas və yanaşı gedən xəstəliklər, yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır. Uşaq, böyük və yaşlıların fizioterapiyaya olan reaksiyaları fərqlidir. Hər yaş qrupunun xüsusi tələbləri və məhdudiyyətləri olur.
Pasiyentin vəziyyəti və xəstəliyin gedişatına uyğun proqram tərtib olunmalıdır. Nevroloji, ortopedik, kardiopulmonar və digər vəziyyətlərə uyğun yanaşmalar tətbiq olunur.
Pasiyent şikayətlərlə müraciət etdikdə terapevtik, kardioloji, nevroloji, revmatoloji, endekronoloq, qastroenteroloq, LOR mütəxəssisləri tərəfindən konsultasiya olunur. Müayinələrin nəticələrinə əsasən hər bir xəstəyə individual müalicə planı hazırlanır.
Fizioterapiya təyin olunarkən, xüsusilə pediatriyada və ahıl yaşlı insanlarda fizioterapiyaya seçici yanaşmaq lazımdır. Dozimetriya yaşa uyğun seçilməlidir.

- Fizioterapiya və reabilitasiya üçün yaş məhdudiyyəti varmı?

- Fizioterapiyada mütləq yaş məhdudiyyəti yoxdur. Xəstənin yaşı, hazırkı vəziyyəti nəzərə alaraq, bu və ya digər prosedurların təyinetmə zamanı dozalanmanı fərdi seçirik. Ahıl yaşlı insanlara fizioterapiya təyin edilərkən, daha çox iqlim, kurort faktorları üstünlük təşkil etməlidir.
Fizioterapiya təyin olunarkən, ilk növbədə xəstələrin ürək-qan-damar sisteminin fəaliyyəti nəzərə alınmalı, kardioloji müayinə olunması vacib hesab olunur.

- Fizioterapiyanın istifadəsində hansısa əks-göstərişlərlə qarşılaşmaq mümkündürmü?

- Fizioterapevtik təyinatlar zamanı ümumi əks-göstərişlərə qanın sistem xəstəlikləri, koxeksiya, hipertoniya, baş-beyin damarlarının kəskin aterosklerozu, ürək-damar xəstəliklərinin dekonpensasiya mərhələsi, qan axma və qan axmaya meylilik, xəstənin ümumi ağır vəziyyəti aiddir. Bundan əlavə, qızdırmalı vəziyyət (bədən temperaturunun 38-dən yüksək olması), tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar, yüksək psixomotor oyanıqlıqlar, vərəmin açıq forması, bəd xassəli şişlər zamanı fizioterapiyanın istifadəsi tövsiyə olunmur.

- Hansı xəstəliklərdə Azərbaycanın unikal milli sərvəti olan Naftalan nefti tətbiq olunur?

- Bildiyiniz kimi, Naftalan şəhəri ərazisində əldə olunan eyni adlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkələrində də müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub saxlayır.
Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalaoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə-trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir.
Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə olunan, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, seresin, kamfora) Naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR, uroloji xəstəliklərində geniş istifadə olunur.
Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik nəticə əldə olunur.

- Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?

- Skolioz dayaq-hərəkət sistemi xəstəlikləri arasında rast gəlinən patologiyalara aiddir. Eləcə də, yaşlı insanlarda degenerativ proseslər fonunda əmələ gəlir. Skoliozun erkən diaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur.
Skoliozun müxtəlif formaları var. Bunlara kongenital, neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma anadangəlmə onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır. Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır.
Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetrik vəziyyət, bel nahiyəsində çuxur görünməsi aşkar olunur.
Yeni doğulan və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma kimi, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur.
Yuvenil idiopatik forma 3-10 yaş arası uşaqlarda rast gəlinir. Bu zaman əyrilik artımı digərlərinə nisbətən daha çoxdur. Adolesan skolioz 10-18 yaş arası görülən skoliozdur.
Onurğa sütunu müxtəlif şöbələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütunu deformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlar tətbiq olunarsa bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir. Fizioterapevtik prosedurlar arasında onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi bədən tərbiyəsi, əzələ gücləndirilməsi, müalicəvi masaj, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir. Belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see191

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see168

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see136

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see135

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see135

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri