Skot Bessent: Rusiyayaya qarşı sanksiya ilə bağlı variantlar masadadır
Icma.az bildirir, Azertag portalına istinadən.
Vaşinqton, 1 sentyabr , AZƏRTAC
Rusiyaya qarşı sanksiya ilə bağlı bütün variantlar hazırda masadadır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ-ın Xəzinədarlıq katibi Skot Bessent “Fox News”a müsahibəsində deyib. O, Rusiyanın son danışıqlara baxmayaraq, Ukraynanı bombalamağa davam etməsindən sonra Tramp administrasiyasının sanksiyaları nəzərdən keçirdiyini deyib.
“Prezident Putin Ankoricdəki tarixi görüşdən, telefon danışığından, Avropa liderləri və prezident Zelenskinin Ağ Evdə görüşündən sonra etməli olduğunun əksini etdi və bombalama kampaniyasını artırdı. Ona görə də, Prezident Trampla birgə sanksiyalara dair bütün variantlara baxılır və düşünürəm ki, bu həftə onları çox yaxından araşdıracağıq”,- deyə Bessent əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 01 Sentyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















