Icma.az
close
up
RU
Şkrinyar: “Fənərbaxça” bu cəhətdən “Real” səviyyəsindədi”

Şkrinyar: “Fənərbaxça” bu cəhətdən “Real” səviyyəsindədi”

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Geridə qoyduğumuz mövsümün ikinci dövrəsini icarə əsasında “Fənərbaxça”da keçirən Milan Şkrinyar qatıldığı bir “yutub” kanalındakı verilişdə önəmli açıqlamalar verib.
"Football-plus.az" xəbər verir ki, müqavilə ilə PSJ-yə məxsus olan təcrübəli slovakiyalı müdafiəçinin “Fənər”də qalıb-qalmayacağı bilinmir. O, kluba gələndən sonra sərgilədiyi oyunla Mourinyonun vazkeçilməz isimlərindən biri olmuş, eləcə də fanatların alqışladığı nadir futbolçulardan birinə çevrilmişdi. “Fənər”i tərfiləyən 30 yaşlı təcrübəli oyunçu bunları deyib:

“Fənərbaxça”da klub olaraq həqiqətən hər şey çox yüksək səviyyədə qurulub. Ora getməmiş Şkrtel ilə də danışmışdım. Mənə klubla bağlı nə söyləmişdisə, hamısının həqiqət olduğunu gördüm. Söhbət Türkiyədən getdiyi üçün bəziləri ora yuxarıdan aşağı baxır və dəyərsizləşdirməyə çalışır. Amma təşkilatlıq baxımından “Fənərbaxça” Türkiyədə sanki “Real” səviyyəsindədi. Düzdü, bu mövsüm çempion olmaq alınmadı. Amma ümumi götürəndə hər şey çox yüksək səviyyədədi. Məşq bazası, fanatik fanatlarla dolu stadion... İlk gündə Mourinyo paltardəyişmə otağında yanıma gəldi. Elə bir aurası var ki, onun gəldiyini dərhal hiss edirsən. Həqiqətən də mükəmməl məşqçidi. İndiyə qədər bir çox məşqçi ilə çalışmışam. Amma bu hissi ən çox Mourinyoda yaşamışam. İdman direktoru Mario Branko qışda menecerimlə əlaqə saxladı və bizə klub haqda çox şey danışdı. Gələndən sonra onun sözlərinin həqiqət olduğunu gördüm və səmimiyyətinə çox dəyər verməyə başladım. Mövsümün son matçının ardından paltardəyişmə otağında bizə “Fənərbaxça”dan ayrılacağını söylədi. Onun bu qərarı hər birimiz üçün sürpriz oldu. Avropa Liqasında 1/4 finala yüksəlməyə çox yaxın idik. “Reyncers”lə matçın əlavə vaxtında bir çox gözəl fürsəti dəyərləndirə bilmədik. Sonra da penalti seriyasında uduzduq. Həmin gecə çox üzüldüm. O cütdə evdəki matçda yol verdiyimiz səhvlər həlledici oldu. “Reyncers” bizi dəfələrlə əks-hücumda yaxaladı. Bütün qolları bu şəkildə vurdular. Daha iki qolları isə cüzi ofsayd üzündən sayılmadı. Həmin oyunda taktiki cəhətdən bərbad təsir bağışladıq. Onlar necə planlaşdırmışdısa, oyun o cür ssenaridə keçdi. İkinci oyunda artıq bizi heç nə ilə təəccübləndirə bilmədilər. Onların əks-hücumlarına hazır idik. Məncə, mərhələni keçməyə layiq idik. Gələcəyimlə bağlı heç nə deyə bilmərəm. Əvvəlcə PSJ rəhbərliyi ilə danışmalıyam. Hər halda, mənim üçün ən yaxşı variantın baş tutacağına inanıram. Ailəmi nəzərə alaraq daimi əsasda bir kluba transfer olunmaq daha yaxşı olardı. Yenidən icarədə oynamaq istəməzdim. İstər PSJ-də olsun, istərsə də başqa klubda. Daha uzunmüddətli bir layihədə yer almaq istərdim”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyun 2025 04:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri