ŞKTC Prezidenti: Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara, 25 may, AZƏRTAC
Regionda Türkiyənin və kiprli türklərin maraqlarını nəzərə almayan təşəbbüslər sabitliyə töhfə vermir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Türkiyə televiziya kanallarından birinin efirində səsləndirib. Onun sözlərinə görə, Lefkoşa öz siyasətini Ankara ilə tam razılaşdırılmış şəkildə qurur. “Biz mövqeyimizlə bağlı Türkiyə ilə məsləhətləşir və qərarları koordinasiya edirik”, – deyə o bildirib.
İran ətrafında gərginliyin artmasına toxunan ŞKTC Prezidenti qeyd edib ki, regiondan kənar dövlətlərin Kiprin cənubundakı hərbi-hava bazalardan istifadə etməsi fonunda İran İslam Respublikası tərəfindən adaya zərbə endirilməsi riskini istisna etmək mümkün deyil. “Kiprli türklər də bu risk zonasından kənarda deyil”, – deyə siyasətçi bildirib və diplomatiya ilə dialoqu regionda ziddiyyətlərin həllinin yeganə vasitəsi adlandırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 25 May 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















