Icma.az
close
up
RU
Skuter istifadəçiləri bu yazını DİQQƏTLƏ OXUSUN!

Skuter istifadəçiləri bu yazını DİQQƏTLƏ OXUSUN!

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Hazırda Bakı şəhərində mikromobillik vasitələrinə olan aylıq sifariş sayı yarım milyona yaxınlaşır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir.
 

Şəxsi velosiped və skuterlərindən istifadə edənlər də nəzərə alınsa rəqəmlər daha yüksəkdir. Mikromobillik vasitələrindən, xüsusilə skuterlərdən istifadə edənlərin sayı artdıqca, təhlükəsizlik məsələsi də əsas prioritetə çevrilir. 


AYNA tərəfindən mütəmadi olaraq skuter istifadəçilərinə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı çağırış olunur.
Skuter istifadəçilərinin diqqət etməli olduğu vacib məqamlar var:
• Skuter istifadə edərkən onun texniki sazlığına əmin olmaq lazımdır. Bu zaman əyləc sistemi, təkərlərin vəziyyəti, işıqlandırma, sükanın idarəetməsi və batareya səviyyəsi nəzərdən keçirilməlidir;
• Skuterdən tək istifadə etmək lazımdır. Bir skuterdə iki nəfərin hərəkət etməsi tarazlığın pozulmasına səbəb olur, qəza riskini artırır;
• Skuterdən istifadə zamanı sükanı iki əllə saxlamaq lazımdır;
• Skuterdən istifadə edən zaman riskli manevrlər etmək və yarışmaq olmaz. Bu, həm skuter istifadəçisi, həm də digər yol iştirakçıları üçün ciddi təhlükə yaradır;
• Mikromobillik zolağı olmayan hissələrdə yolun sağ tərəfi ilə hərəkət etmək vacibdir;
• Piyada zolağına çatdıqda skuterdən enmək və yolu piyada kimi keçmək önəmlidir;
• Skuterdən istifadə zamanı yol nişanları, nişanlanma xətləri və işıqforun siqnallarına əməl etmək mütləqdir;
• Skuterdə yüksək səslə musiqi dinləmək məsləhət görülmür. Bu, diqqəti yayındırır, siqnalları və ətrafdakı səsləri eşitməyə mane olur.
Xatırladaq ki, qanunvericiliyə görə, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimə müəyyən edilir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see211

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see124

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri