Skuter üzərində iki nəfərin olması İNZİBATİ MƏSULİYYƏT YARADIR?
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Skuter üzərində iki şəxsin olması tarazlığın pozulması və qəza riskinin artmasına səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd olunub ki, təhlükəsiz hərəkət üçün skuteri tək istifadə etmək lazımdır.
Bəs skuterdə iki nəfərin olması inzibati məsuliyyət yaradırmı və buna görə cərimə nəzərdə tutulubmu?
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, skuterdə iki nəfərin hərəkət etməsi inzibati məsuliyyət yaradır.
"İnzibati Xətalar Məcəlləsinin (İXM) 338.4-1-ci maddəsinə əsasən kiçik elektrikli nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən bu tip nəqliyyat vasitələrində sərnişin daşınmasına və yol hərəkəti qaydalarının pozulmasına görə inzibati olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Skuter də ikitəkərli nəqliyyat vasitəsi hesab olunduğuna görə, skuterlə sərnişindaşıma və yaxud da idarəetməyə maneçilik törədən əlavə yüklərin daşınması da inzibati məsuliyyət yaradır", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 10 İyul 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















