Icma.az
close
up
RU
Sky News Ukraynanın gizli dron istehsalı zavoduna giriş əldə etdi (FOTO)

Sky News Ukraynanın gizli dron istehsalı zavoduna giriş əldə etdi (FOTO)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Ukraynalılar dronları işğalçılara qarşı ən təsirli silahlarına çeviriblər, lakin Rusiya da geri çəkilməyib.

Qaynarinfo xəbər verir ki, Britaniyanın "Sky News” nəşri Ukraynanın pilotsuz uçuş aparatları istehsal edən zavodlarından birinə eksklüziv giriş əldə edib.

Bildirilir ki, "General Cherry” adlı dron istehsalı şirkəti müharibənin əvvəlində könüllülər tərəfindən yaradılıb. Onlar ayda 100 ədəd istehsal edirdilər, indi isə bu göstərici min dəfə artıb.

Şirkətin rəhbəri Andrey Lavrenoviç bildirib ki, bu heç vaxt kifayət etmir: "Rusların çoxlu qoşunu, çoxlu texnikası var və əsgərlərimiz hər gün bizə deyirlər ki, daha çox lazımdır, daha çox silah lazımdır, daha yaxşı lazımdır, daha sürətli lazımdır, daha yüksək uçanı lazımdır”.

Zavodun yerləşdiyi məkan ciddi qorunan sirrdir, onu tez-tez yerini dəyişirlər ki, rus zərbələrindən qorunsun.

"Mülayim bir ofis binasında biz minlərlə dronun yığılmasını və yerləşdirilməsini izlədik. Onlar oyuncaq kimi əl ilə yığılır və tənzimlənir. Kvadrakopterlər ölçülərinə görə fərqlənir, bəziləri düşməni vurmaq üçün partlayıcı daşıyır. Digərləri isə 6 kilometr hündürlüyə qalxaraq rus kəşfiyyat dronlarına pusqu qura bilir. Qiyməti 1000 dollar olan ukraynalı dron düşmənin ondan 300 dəfə bahalı təyyarəsini vurub sala bilər”, – məqalədə deyilir.

Bununla yanaşı, nəşr vurğulayıb ki, Rusiya sürətlə yaxınlaşır. Xüsusilə, ötən ay yayımlanan və yeni zavodlardan birində çəkilmiş təbliğat kadrlarında yüzlərlə "Geranium Delta Wing” tipli zərbə dronlarının sıraya düzülərək Ukraynaya hücuma hazır vəziyyətdə olduğu göstərilib.

Qeyd olunur ki, Rusiya iranlıların təqdim etdiyi texnologiyaları təkmilləşdirərək onların "Shahed” dronlarının daha sürətli və ölümcül versiyalarını yaradıb. Rusiya miqyas və say üstünlüyündən istifadə edərək vəziyyəti ukraynalıların əleyhinə çevirməyə çalışır. Bundan əlavə, o, arxasınca fiber-optik kabel çəkilən və siqnalboğuculara məruz qalmayan dronları da mənimsəyir.

Xatırladaq ki, iyul ayında "Defense Express” yazmışdı ki, Ukraynada dron istehsalı son bir ildə 900% artıb. Dron sənayesinin inkişafı Ukraynanın Rusiya tərəfindən başladılan genişmiqyaslı müharibəyə əsas cavab mexanizmlərindən birinə çevrilib.

"Atlantic Council” və "Georgetown Security Studies Review” analitik mərkəzləri isə gəldiyi nəticəyə görə, istehsalın 2024-cü ilin yayında ayda 20 min ədəddən hazırda 200 mindən çoxa yüksəlməsinə baxmayaraq, Ukrayna uzunmüddətli mexanizmlərə keçməli və yeni texnologiyalara əlavə investisiyalar yatırmalıdır.

Tədqiqatçıların sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatları texnologiyaları üzrə Rusiya və digər ölkələrlə müqayisədə daha az patent müraciəti təqdim edir. Onlar hesab edirlər ki, müdafiə sənayesinin inkişafını stimullaşdırmaq üçün milli ixtiraların qorunması mühüm addımdır.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri