Slavik Alxasov: Bura qədər gəldiyimiz yolu davam etməliyik
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Məşqlərə kifayət qədər pozitiv və ciddi yanaşırıq. Komanda daxilində çox gözəl atmosfer var". Bu sözləri Sport24.az saytına açıqlamasında "Araz Naxçıvan"ın futbolçusu Slavik Alxasov deyib.
Müdafiəçi toplanış ərzində keçiriləcək yoxlama görüşlərindən danışıb: "İki yoxlama oyunumuz olacaq. Düzdür, belə görüşlərdə nəticə önəm daşımır. Əsas diqqət oyunçuların hazırlığına yönəlir. İndi çox tər tökməliyik ki, çempionatın ikinci yarısında bəhrəsini görək".
Alxasov cari mövsümün qalan hissəsi ilə bağlı düşüncələrini də bölüşüb: "Mövsümün ikinci yarısına uğurlu start vermək istəyirik. Hər oyun, hər xal bizim üçün vacib olacaq. Bizi maraqlı və çətin oyunlar gözləyir. Bura qədər gəldiyimiz yolu davam etməliyik. Bunun üçün çox istəkliyik".
Qeyd edək ki, "Araz-Naxçıvan" bu gün "Sumqayıt"la yoxlama görüşündə qüvvəsini sınayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















