Slot: “Qarabağ”a qarşı oynamaq xoş olacaq”
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərini dəyərləndirib.
Futbolpress.az xəbər verir ki, niderlandlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında çətin rəqiblərlə qarşılaşacaqlarını bildirib:
“Ötən il olduğu kimi, bu mövsüm də güclü rəqiblərlə oynayacağıq. Ümumiyyətlə, Çempionlar Liqasının yeni formatında asan püşk olmur. Niderlandda PSV-yə qarşı çıxış etmək xoş olacaq. Eyni sözləri Türkiyənin “Qalatasaray” və Azərbaycanın “Qarabağ” klubları üçün də deyə bilərəm. Hər üç komanda öz ölkəsinin çempionudur. Yenə də qeyd etmək istəyirəm ki, bütün görüşlər çətin keçəcək”.
Qeyd edək ki, “Liverpul” Liqa mərhələsində “Real” (İspaniya), “İnter” (İtaliya), “Atletiko” (İspaniya), “Ayntraxt” (Almaniya), PSV (Niderland), “Marsel” (Fransa), “Qarabağ” (Azərbaycan) və “Qalatasaray”la (Türkiyə) qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 28 Avqust 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















