Icma.az
close
up
RU
Slovakiya Azərbaycana münasibətdə daim dost mövqedə olub Afət Həsənova

Slovakiya Azərbaycana münasibətdə daim dost mövqedə olub Afət Həsənova

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illər ərzində dinamik şəkildə inkişaf edərək artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Millət vəkili xatırladıb ki, iki ölkə arasında diplomatik münasibətlər 1993-cü il noyabrın 23-də qurulub. Onun sözlərinə görə, Azərbaycan Slovakiya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və qarşılıqlı əməkdaşlıq bu gün siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, humanitar, təhsil və digər mühüm sahələri əhatə edir.

A.Həsənova bildirib ki, ötən il Azərbaycan və Slovakiya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub:

“Bu sənəd tərəflər arasında siyasi dialoqun daha da möhkəmlənməsinə, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə və müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsinə geniş imkanlar açıb”.

Xüsusi olaraq enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan deputat qeyd edib ki, ötən il tarixdə ilk dəfə Azərbaycan qazı Slovakiyaya tədarük edilib və bu əməkdaşlıq Slovakiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır:

“Azərbaycanın zəngin karbohidrogen ehtiyatları ölkəyə müxtəlif istiqamətlər üzrə ixrac imkanları verir və hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac etməklə regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib”.

Millət vəkili vurğulayıb ki, son illərdə Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar bu istiqamətdə Slovakiya ilə əməkdaşlıq üçün də böyük perspektivlər yaradır. Onun sözlərinə görə, hər iki ölkə müdafiə sənayesi sahəsində kifayət qədər texnoloji potensiala və təcrübəyə malikdir və bu, birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşdırır.

O, həmçinin Slovakiyanın Azərbaycana münasibətdə daim dost mövqedə olduğunu qeyd edib:

“Xüsusilə, noyabrın 8-də keçirilən və 44 günlük Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş rəsmi paradda Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirinin fəxri qonaqlar arasında iştirak etməsini iki ölkə arasında mövcud olan səmimi dostluq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirə bilərik”.

A.Həsənova hesab edir ki, Azərbaycan–Slovakiya münasibətlərinin gələcəkdə daha da dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin reallaşdırılması üçün geniş imkanlar mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri