Slovakiya Parlamentində Fikoya etimadsızlıq səsverməsi keçiriləcək
Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Etimadsızlığın qəbulu üçün 150 deputatın ən azı 76-sının səsi lazımdır
Bu gün Slovakiya Parlamenti müxalifətin Rusiya ilə əlaqədə şübhəli bildiyi Slovakiyanın Baş naziri Robert Fikoya etimadsızlıq səsverməsinə baxacaq. AYNA xəbər verir ki, bu barədə TA3 telekanalı məlumat yayıb.
Bildirilib ki, etimadsızlığın qəbulu üçün 150 deputatın ən azı 76-sının səsi lazımdır.
“Biz heç vaxt imkan verməyəcəyik ki, Baş nazir Robert Fiko Slovakiyanı Moskvaya sürükləsin. Onun bunu etmək mandatı yoxdur və bu, Slovakiya vətəndaşlarının maraqlarına ziddir”, - “Tərəqqiçi Slovakiya” müxalifət partiyasının rəhbəri Mixal Şimeçka bildirib.
Bundan əvvəl Slovakiya Parlamentinin vitse-spikeri Andrey Danko müxalifətin Fikoya etimadsızlıq səsverməsi ilə bağlı təklifinin kifayət qədər səs toplamayacağını bildirmişdi.
Baxış sayı:141
Bu xəbər 21 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















