Icma.az
close
up
RU
Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Slovakiya Prezidenti Ağdam rayonuna gedəcək

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 13 iyul 2026-cı il tarixində Azərbaycana rəsmi səfərə gələcək.  
Bizim.Media xəbər verir ki, Prezident Pelleqrinini bu səfərdə yüksək səviyyəli dövlət rəsmilərindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Heyətin tərkibinə aşağıdakı şəxslər daxildir:  
Robert Kalinyak – Baş nazirin müavini və müdafiə naziri;  
Denisa Sakova – Baş nazirin müavini və iqtisadiyyat naziri;  
Matuş Şutay Eştok – Daxili işlər naziri;  
Peter Kajimir – Slovakiya Milli Bankının rəhbəri. 
Səfər çərçivəsində tərəflər arasında enerji sektoru, sənaye, texnoloji əməkdaşlıq, nəqliyyat əlaqələri və ticarət dövriyyəsinin genişləndirilməsi kimi strateji əhəmiyyətli məsələlərin müzakirəsi gözlənilir.  
Səfərin mühüm bir hissəsi kimi, Peter Pelleqrininin Ağdam rayonuna səfəri planlaşdırılır.
Proqrama əsasən, Slovakiya Prezidenti  Ağdamın Baş Qərvənd kəndindəki "Ağıllı kənd" layihəsi ilə tanış olacaq, general Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.  
15 iyul tarixində Bakıda keçiriləcək görüşlərdə Slovakiya Prezidenti Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə bir araya gələcək. 
Həmçinin, səfər çərçivəsində Azərbaycan və Slovakiya arasında Biznes Forumun keçirilməsi və iki ölkənin işgüzar dairələri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur.
Qeyd edək ki, bu səfər 2025-ci ilin dekabrında Azərbaycan Prezidentinin Slovakiyaya etdiyi tarixi rəsmi səfərin siyasi dialoqun davamı olaraq qiymətləndirilir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 İyul 2026 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri